Dünya futbolu
Van Persi Türkiyə yolunda
Türkiyənin “Fənərbaxça” klubu yayda hü…
Türkiyənin “Fənərbaxça” klubu yayda hücumçu transfer etməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi “Mançester Yunayted” və Hollandiya millisnin ulduz futbolçusu Robin van Persini hetəyinə qatmaq istəyir.
Gələn mövsüm ÇL-də oynamağı hədəfləyən “sarı-lacivərdlər” 31 yaşlı hücumçunun millidəki komanda yoldaşı Dirk Kuytu da bu işdə istifadə edəcək. 3 ildi Türkiyə klubunda top qovan forvard Robini razı salmağa çalışacaq. "Bül-büllər" hollandiyalıya 3 ilik müqavilə təklif edəcək.
Qeyd edək ki, təcrübəli forvard cari mövsüm 10 qola imza atıb.