Dünya futbolu
Türkiyə futbolunda qanlı hadisə: "Fənərbaxça" avtobusu silahlı hücuma məruz qaldı
Türkiyə Superliqasında 26-cı turun oyunları keçirilib….
Türkiyə Superliqasında 26-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Fənərbaxça" səfərdə "Rizəspor"u 5:1 hesabı ilə məğlub edib.
Rizə şəhərində baş tutan qarşılaşmadan sonra bədbəxt hadisə baş verib. Belə ki, İstanbul təmsilçisi avtobusla Trabzon Hava Limanına hərəkət edərkən, silahlı hücuma məruz qalıb. Hadisə nəticəsində avtobus sürücüsü ağır yaralanıb və o, xəstəxanaya aparılıb.
Trabzon şəhərinin Sürmənə bölgəsində baş verən hadisə ilə araşdırmalar başlanılıb. Polis olayın detallarını incələyir.
Qeyd edək ki, 2010 – 2011 mövsümündə "Fənərbaxça"nın saxtakarlıqla çempion olduğunu iddia edən, qızıl mükafata özlərinin layiq olduğunu deyən "Trabzonspor" klubu və azarkeşləri İstanbul təmsilçisi ilə gərginliklər yaşayır.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”