Premyer-liqa
"Neftçi"də şok itki: Rauf Əliyev təcili Bakıya qaytarıldı
Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsind…
Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində bu gün "Simurq"un qonağı olacaq "Neftçi" əsas futbolçularından birinin xidmətindən məhrum olub. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar"ın hücumçusu Rauf Əliyev el arasında adına "su çiçəyi" deyilən xəstəliyə yoluxduğu üçün təcili şəkildə Zaqataladan Bakıya geri göndərilib.
Aerozol infeksiyaları – tənəffüs yolu ilə insan orqanizminə daxil olan xəstəliklər qrupuna aid edilən "su çiçəyi" xəstəliyi yoluxucudu. Buna görə də Rauf Əliyevin bir müddət komanda yoldaşlarından ayrı qalacağı dəqiqdi.
"Simurq" – "Neftçi" oyunu bu gün keçiriləcək və saat 17.00-da start götürəcək.
(Komanda.az)