Premyer-liqa
"Xəzər Lənkəran" "Böyük oyun" üçün başladı
Doğma meydanda “ Neftçi” ni qəbul edəcək &ldquo…
Doğma meydanda “ Neftçi” ni qəbul edəcək “Xəzər Lənkəran” matçın hazırlığına start verib. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" dünəndən Lənkərandakı bazasında məşqlərinə başlayıb və bütün futbolçular hazırlığa qatılıb.
Qeyd edək ki, 29-cu tur çərçivəsində baş tutacaq “ Böyük oyun” aprelin 9-da saat 17.00- da start götürəcək və “ Xəzər Lənkəran” Tv ilə canlı yayımlanacaq.
(Klub saytı)