Bizi izləyin

Ölkə futbolu

Komanda yoldaşı da Mahir Şükürovu qınadı: "Axmaqcasına…"

“Neftçi”dən ayrılıb Türkiyə PTT 1-ci Liqa …

blank
“Neftçi”dən ayrılıb Türkiyə PTT 1-ci Liqa təmsilçisi “Karşıyaka”ya yollanan Mahir Şükürovun qardaş ölkədə uğurlu çıxış edəcəyini gözləsək də, bu, baş vermədi. Millİmizin üzvü izmirlilərin qəzəbinə tuş gəlib. O, yığmamızın düşərgəsindən gec qayıtdığı üçün “Karşıyaka”nın heyətindən qeyri-müəyyən müddətə uzaqlaşdırılıb.
Müdafiəçinin klub tərəfindən bağışlanılacağı isə heç inandırıcı görünmür. Çünki Mahir klubun düşərgəsinə gec qayıdacağı ilə bağlı “Karşıyaka” rəsmilərini məlumatlandırmayıb. Şükürovun ölkə mətbuatına verdiyi müsahibədə “türklər bizi erməni gözündə görür” deməsi də təəccüblərə səbəb olmaya bilməz. Görəsən, qardaş ölkədə müdafiəçimizə necə münasibət göstəriblər ki, o türklər haqda belə fikirdədi?
Məsələni dəqiqləşdirmək üçün “Karşıyaka”da Mahirin komanda yoldaşı olan Bəhram Zülaloğlu ilə danışdıq. Əsas heyətin qapıçısı olan Zülaloğlu öncə “Karşıyaka”nın çıxışı ilə bağlı danışdı: “Hazırlıqlarımız davam edir. Növbəti turda “Bucaspor”la qarşılaşacağıq. Bizim üçün çox çətin oyun olsa da, qələbə qazanmağımız şərtdi. Ötən həftə “Adana Demirspor” qarşısında vacib qələbə qazandıq. İlk hissədə 0:3 hesabı ilə geridə olsaq da, sonradan qələbə qazanacağımıza inandığımız üçün matçı öz xeyirimizə başa vurduq. Komandamızda məşqçi dəyişikliyi oldu. Amma Ayhan Akmanın sisteminə uyğunlaşmağımız heç də çətin olmadı. Futbolun dili birdi. Dəyişən sadəcə, sistemlərdi”.
Azərbaycandan əlaqə saxladığımızı öyrənən təcrübəli qapıçı özünün də ölkəmizlə bağlılığı olduğunu açıqladı: “Azərbaycana sevgilərimi göndərirəm. Əslində, mənim atamın anası da azərbaycanlıdı. Adı isə Nədimə Zülaloğlu idi. Babamla ailə qurduqdan sonra onun soyadını götürmüşdü. Dünyasını dəyişənə qədər Ankarada yaşayırdı. Düzü, onun hansı bölgədən olması ilə bağlı bir məlumatım yoxdu. Bunu öyrənib sizə deyə bilərəm. Mən də babamın adını daşıyıram. Onun da adı Bayram idi”.
Zülaloğlu “Karşıyaka”nın heyətindən uzaqlaşdırılan komanda yoldaşı Mahir Şükürov haqda da danışdı. O, Şükürov haqda elə açıqlama verdi ki… “Düzdü, Mahir heyətdən uzaqlaşdırılıb. Buna səbəb isə milli komandanızın heyətindən klubun düşərgəsinə xəbər etmədən gec qayıtması olub. Şükürovun açıqlamasında “türklər bizi erməni gözündə görür” deməsi isə sadəcə, gülməlidi. O, özü bizdən soyudu, özünü bizdən fərqli gördü. Düzü, onun bu cür açıqlama verməsinə təəccübləndim. Azərbaycanlılar bizim qardaşımızdı və bu, hər zaman da belə olacaq. Günah Mahirin özündədi. Onun söylədikləri çox axmaqcasınadı. Özünü elə aparırdı ki, elə bil Premyer Liqa oyunçusudu. Burada mən də daxil olmaqla bir sıra komanda yoldaşlarımın superliqa təcrübəsi var. Bəlkə də Azərbaycanda güclü ola bilər. Amma burada o yetərincə gücə sahib olmadığı üçün başqa şeylərə əl atır. Öz səhvlərini başqasının üzərinə atması düzgün deyil. İki dövlətin – Türkiyə ilə Azərbaycanın vətəndaşları qardaşdı. Belə şeylərə inanmayın. Düzdü, klubda maddi sıxıntılar var. Ancaq buna görə komanda yoldaşlarınla münasibəti pozmaq olmaz. Sıxıntı hər klubda var”.
33 yaşlı qolkiper Azərbaycanda çıxış edən futbolçu ilə dost olduğunu da söylədi. Zülaloğlu millimizdə çıxış etməyin əlehinə olmadığını da bildirdi: “Milli komandanızda çıxış edən Cihan Özkaranı tanıyıram. Onunla “Ərciyəsspor”da (Kayseri) bir yerdə çıxış etmişik. Məni ondan soruşa bilərsiniz. Cihanın xətrini çox istəyirəm. Azərbaycanla bağlılığı olanlar milli komandanızda oynaya bilirsə, mən də bundan yararlanmaq istəyərdim. Amma mənim türk pasportum var. Bunun mümkün olacağına inanmıram”.
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Dünya futbolu2024-05-02 12:57

Ranqnik “Bayern”dən imtina etdi

blank
Ölkə futbolu2024-05-02 12:40

“Bu qələbə komandaya özünəinam verəcək”

blank
Digər idman növləri2024-05-02 12:31

“Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır

blank
Digər idman növləri2024-05-02 12:23

Sensasiyalarla zəngin Madrid turniri

blank
Digər idman növləri2024-05-02 12:04

Avroliqanın rəmzi komandası açıqlandı

blank
Digər idman növləri2024-05-02 11:49

“Fənərbağça”dan mühüm qələbə, “Real” vəsiqəni təmin etdi

blank
Ölkə futbolu2024-05-02 11:37

Bu gün Yüksək Liqada mövsümə yekun vurulur

blank
Digər idman növləri2024-05-02 11:28

Şərqdə ilk yarımfinalçı məlum oldu

blank
Ölkə futbolu2024-05-02 11:19

Avrokubok perspektivləri: klublarımızı yeni formatda nə gözləyir?

blank
Dünya futbolu2024-05-02 11:02

Ronaldo dubl etdi, “Əl Nəsr” finala yüksəldi

blank
Milli komanda2024-05-02 10:45

“Qarabağ”ın nəticələri yığmanın böyük turnirlərə adlaması üçün kifayət deyil”

blank
Dünya futbolu2024-05-02 10:27

“Parma” yenidən A Seriyasında

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm