Bizi izləyin

Premyer-liqa

Tomiç iddialı danışdı: "Heç kim asan təslim olacağımızı gözləməsin"

Sabah Topaz Premyer Liqasının 29-cu turu çərçivəsind…

blank
Sabah Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində “Xəzər Lənkəran” və “Neftçi” arasında “Böyük oyun” baş tutacaq. Bu qarşılaşmadan öncə cənubluların xorvatiyalı qapıçısı Vyekoslav Tomiç futbolinfo.az saytının suallarını cavablandırıb:
– Premyer Liqanın növbəti turunda əzəli rəqibiniz "Neftçi" ilə qarşılaşacaqsınız. "Böyük oyun"a hazırlıq necə gedir?
– Hər şey qaydasındadı. Məşqlərimizi edirik və səbirsizliklə oyunu gözləyirik.
– “Neftçi” ilə aranızda rəqabət olsa da, həmişə doğma meydanda favorit sayılsanız da, bu dəfə vəziyyət fərqlidi. Rəqibinizin qələbə qazanmaq şansları daha çox göstərilir…
– O, sadəcə kağız üzərində elədi. Bizim üçün doğma meydanda bu matçdan qalib ayrılmaq çox vacibdi. “Xəzər Lənkəran” gənclərlə oynadığı üçün şanslarımız az göstərilir. Amma sizi inandırım ki, şanslarımız bərabərdi. Heç kim bizim asan təslim olacağımızı gözləməsin.
 
– Komandanızda bu qədər problem varkən iddialılardan olan “Neftçi”ni məğlub edəcəyinizi deyirsiz…
– Biz maksimumdan artığın edəcəyik ki, bu oyundan qalib ayrılaq. Çünki məsuliyyətin ağırlığını dərk edirik. Hər bir oyunçu 100 faiz yox, 150 faiz çalışmalıdı ki, meydanı qalib tərk edək. Doğma meydandakı son oyunumuzda da qələbə qazanmışıq. Bu da bizim “Böyük oyun”a daha yaxşı köklənməyimizə kömək edəcək. 
– Amma qış fasiləsindən sonra uğursuz çıxış edirsiz. Cəmi 2 oyunda qələbə qazanmısız ki, bu da autsayderlərlə matçlara təsadüf edib. Hər qarşılaşmadan sonra da uğursuzluğa səbəb kimi təcrübəsizliyi göstərirsiz. Bu oyunda da təcrübəsizlik sizə problem yarada bilər…
– Düzdü, təcrübə futbolda hər zaman böyük amildi. Lakin belə matçlarda yalnız qələbəni istəmək lazımdı. Əgər həmin gənclər qalib gəlmək üçün əllərindən gələni etsə, inanın ki, öncəki matçlardan daha fərqli oynayacaqlar və təcrübəsizlik onlara mane olmayacaq. 
– Sizcə, rəqibiniz qələbəni “Xəzər Lənkəran”dan daha az istəyəcək?
– İlk növbədə deyim ki, biz erkən qol buraxmamalıyıq. Çünki “Neftçi”yə 3 xal bizdən daha vacibdi. Əgər erkən qol vurmalarına imkan verməsək, matç bizim üçün çox yaxşı olacaq. Belə olan halda rəqib səhvlər edəcək. 
– Bu oyunda qalibiyyət komandanıza nə qazandıracaq?
– Ən azından azarkeşlərimizin sevgisini. Onlar bizə bir az daha yaxınlaşacaqlar. Hazırda bizim əsas istəyimiz tərəfdarlarımızın könlünü şad etməkdi. Çünki nə itirəcəyimiz, nə də qazanacağımız heç bir şey yoxdu. 
– Komanda yoldaşınız Ağabala Ramazanov qol vuracağına, Alfred Sanko qələbə qazanacağınıza söz verdi…
– Mən söz verə bilmərəm. “Neftçi”yə qarşı tək oynasaydım, qalibiyyət sözü verə bilərdim. Amma biz 11 nəfərik və üstəlik də mənim mövqeyim qapıçıdı.
– “İnter”lə matçda komandanız pis çıxış etmədi…
– Qapımıza təyin olunan penaltiyə qədər yaxşı oynadıq. Həmin vaxta qədər “İnter” heç bir qol imkanı olmadı. Lakin 11 metrlik cərimə zərbəsindən sonra onlar real qol şansları da yaratmağa başladılar və nəticədə 0:2 uduzduq. 
– Zədəniz nə yerdədir?
– Sağalmışam və komanda ilə məşqlərə qoşuluram. Amma kiçik də olsa, problem var. Ümid edirəm ki, oyuna qədər hər şey tam qaydasında olacaq. 
– “Neftçi” ilə matçda komandanın sizə ehtiyacı var. Zədə oynamağınıza mane ola bilərmi?
– Xeyr. Çox güman ki, meydanda olacağam.
AĞA
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Dünya futbolu2024-05-02 12:57

Ranqnik “Bayern”dən imtina etdi

blank
Ölkə futbolu2024-05-02 12:40

“Bu qələbə komandaya özünəinam verəcək”

blank
Ölkə futbolu2024-05-02 12:31

“Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır

blank
Digər idman növləri2024-05-02 12:23

Sensasiyalarla zəngin Madrid turniri

blank
Digər idman növləri2024-05-02 12:04

Avroliqanın rəmzi komandası açıqlandı

blank
Digər idman növləri2024-05-02 11:49

“Fənərbağça”dan mühüm qələbə, “Real” vəsiqəni təmin etdi

blank
Ölkə futbolu2024-05-02 11:37

Bu gün Yüksək Liqada mövsümə yekun vurulur

blank
Digər idman növləri2024-05-02 11:28

Şərqdə ilk yarımfinalçı məlum oldu

blank
Ölkə futbolu2024-05-02 11:19

Avrokubok perspektivləri: klublarımızı yeni formatda nə gözləyir?

blank
Dünya futbolu2024-05-02 11:02

Ronaldo dubl etdi, “Əl Nəsr” finala yüksəldi

blank
Milli komanda2024-05-02 10:45

“Qarabağ”ın nəticələri yığmanın böyük turnirlərə adlaması üçün kifayət deyil”

blank
Dünya futbolu2024-05-02 10:27

“Parma” yenidən A Seriyasında

blank
Ölkə futbolu2024-05-02 09:55

“Qarabağ” ilk “100-lüy”ü tərk etdi

blank
Milli komanda2024-05-02 09:55

Yığmamız reytinqdə yerində qalacaq

blank
Dünya futbolu2024-05-02 09:40

“Borussiya” ÇL-ə vəsiqəni təmin etdi

blank
Milli komanda2024-05-02 09:23

Yığmamız Montoneqroda qalib oldu

blank
Dünya futbolu2024-05-02 09:08

Konfrans Liqası: Bu gün yarımfinalın ilk görüşləri baş tutacaq

blank
Dünya futbolu2024-05-02 08:51

Təbriz klubundan liderlə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 08:34

“Qarabağ” və daha 55 komanda

blank
Dünya futbolu2024-05-02 08:17

Avroliqada yarımfinalın ilk oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-05-02 08:00

Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası

blank
Dünya futbolu2024-05-02 01:01

ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm