Premyer-liqa
Alfred Sankonun cəzası bəlli oldu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 29-cu turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.
Belə ki, “Xəzər Lənkəran” – “Neftçi” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. "Böyük oyun" adlanan həmin qarşılaşmanın 33-cü dəqiqəsində Lənkəran təmsilçisinin futbolçusu Alfred Sanko ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunlu cəzalanıb, klubuna 200 manat məbləğində cərimə kəsilib.
“Qəbələ” – “Simurq” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Sumqayıt”la oyunda “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün bu kluba da 1000 manat cərimə kəsilib.
(pfl.az)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”