I Liqa
“Bakılı” – “Göyəzən” matçı ilə bağlı araşdırma başladı
Azərbaycan çempionatının 1-ci divizionunun 23-cü turu &…
Azərbaycan çempionatının 1-ci divizionunun 23-cü turu çərçivəsində baş tutan “Bakılı” – “Göyəzən” matçı başlamamışdan öncə qumara qoyulduğunu iddia etmiş, oyunun nəticəsinin öncədən razılaşdırıldığını xəbər vermişdik. Nəticə gözlədiyimiz kimi oldu və kimlərsə öz çirkin əməllərini reallaşdırmış oldu. Bəs görəsən, bu məsələ ilə bağlı araşdırılma nə zaman başlayacaq?
Məsələni dəqiqləşdirmək üçün ötən gün olduğu kimi, bu dəfə də AFFA-nın Oyunçuların Transferi və Statusu Komitəsinin rəhbəri Rəmiş Malıyevlə əlaqə saxladıq. O, saytımıza açıqlamada gündəmi zəbt edən məsələ iləm bağlı artıq araşdırma başladıldığını bildirdi:
“Xüsusi bir yenilik yoxdu. “Bakılı” və “Göyəzən” klublarının nümayəndələrini sabah AFFA-ya dəvət edəcəm. Onlardan izahat götürəcəm. Məsələ ilə bağlı araşdırılma başlanılıb. Hər gün bu məsələ ilə bağlı danışsaq, sizə deməyə yeni sözüm olmayacaq. Bu barədə məlumat veriləcək”.
Məsələni diqqətdə saxlayacağıq…
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib