Bizi izləyin

Müsahibə

"Mendidənsə, pambıq kolunu çəkmək daha yaxşı idi"

Oyundankənar vəziyyətin tərifi hər kəsə bəllidi. Bunu he&cced…

blank
Oyundankənar vəziyyətin tərifi hər kəsə bəllidi. Bunu heç izah etməyə gərək də yoxdu. Amma oyundankənar vəziyyətlə oyundan kənar qalmaq arasında çox fərq var. Hansısa futbolçu oyundankənar vəziyyətə düşməyi arzu etmirsə, oyundan kənarda qalanların bu işi bilərəkdən, öz istəyinə görə gördüyünü söyləməliyik.
Qənbər dayı da oyundan kənarda qalanlardandı. Nə vaxt baxırsan, təyinatı üzrə meydançanın kənarında öz aparatı ilə matçın gedişini tarixin yaddaşına köçürür.
Onunla təsadüfən qarşılaşdıq. Mən tək deyildim. ATV-nin əməkdaşı İlkin Xəlilov, “Futbol+” qəzetinin əməkdaşı Rəşad Qasımov da mənimlə idi. Müzakirə oyundankənar vəziyyətlə oyundan kənarda qalmaq barədə idi. Təklifimlə bu suala daha dolğun cavab tapmaq üçün Qənbər Cəlilova müraciət etdik.
– Qənbər dayı, futbol sahəsində neçə ildi çalışırsız?
– 2001-ci ildən bu sahədəyəm. İlk olaraq “Neftçi”də çalışmışam. 2004-cü ildən isə AFFA-da fəaliyyət göstərirəm.
– Fotoqraf kimi necə düşünürsüz: çəkdiyiniz şəkillərin keyfiyyəti yüksəkdi, yoxsa futbolumuzun?
– Təbii ki, çəkilən şəkillərin keyfiyyəti yüksəkdi. Tədricən futbolumuzda da cüzi inkişaf hiss olunur. Əvvəllər uşaq futbol məktəbləri yox idi. İndi isə demək olar ki, bu, bütün klublarımızda var. Gənc futbolçular indi ölkə xaricinə çıxmaq şansı qazana bilirlər. Əvvəllər isə belə şeylər yox idi. Fikrimcə, ölkə futbolunun inkişafı üçün bir qədər vaxta ehtiyacımız var.
– Rəhmətlik Ramiz Mirzəyevin də dönəmində assosiasiyada çalışmısız. Həmin illəri indiki dövrlə müqayisə etmək olarmı?
– Mirzəyevin vaxtında futbolun inkişafına təkan verildi. İndi isə onun davamı gedir. Ramiz müəllim AFFA-ya gəlməmişə qədər futbolda ölü bir süküt var idi.
– Maraqlıdı, işlə əlaqədar bir sıra xarici ölkələrə səfər etmisiz. Ən yaddaqalan səfəriniz hansı olub?
– Əvvəl demək olar ki, millimiz bütün səfərlərdən məğlub dönürdü. Buna görə vətənə acı xatirələrlə qayıdırdıq. İndi hərdən səfərlərdən gülə-gülə qayıdırıq. Buna qədər 30-a yaxın ölkəyə səfər etmişəm. Trinidad və Tobaqo da qeyri-adi səfər idi. Amma ordan da uduzub gəldik. Adi balaca ada dövlətlərinə gedib ordakı inkişafı görüb, bizim vətəndə də eynisi ilə rastlaşmadığımıza şahidlik edirdik. Polşada biabırçı oyunlarımız olub. 0:8 hesabı ilə uduzanda xəcalətdən başımı soxmağa yer axtarırdım. Azərbaycanın himni səslənəndə insan qürür hissi keçirir. Məğlub olanda isə insan sınır. Hamının sənə yazığı gəlir. Onların baxışlarından bunu hiss etmək çətin deyil. Belçikada biri mənə elə baxdı ki, özüm-özümə xəcalət çəkdim. Normal hesabla uduzsaq da, adam utanırdı.
– Uzun illərdi ki, çəkdiyiniz kadrları tarixin yaddaşına köçürürsüz. Buvaxta qədər sizin üçün hansı kadr ən yaddaqalan olub?
– Qazaxıstan millisi ilə oynayırdıq. Səhv etmirəmsə, 2007-ci il idi. Vüqar Nadirov qol vurdu, o kadrı məndən başqa heç kim tuta bilməmişdi. İndi o şəkil AFFA-nın inzibati binasının 5-ci mərtəbəsində çərçivənin içində divardan asılıb. Bu elə sahədi ki, hər zaman öyrənmək lazımdı. Çəkmək istədiyim kadrlar çoxdu.
– Çəkdiyiniz hansı şəkil Azərbaycan futbolunun tarixinə düşə bilər?
– Ancaq millimizin qələbə qolları tarixə düşə bilər. Belə şəkillər çəkmişəm. Tarixə düşən şəkli Qazaxıstan millisi ilə matçda çəkmişəm. Özümü tərifləmirəm. Amma o, həqiqətən də başqa kadr idi. O fotoya baxanda həqiqətən də zövq alıram.
– Maraqlıdı, Azərbaycan futbolunda fotogenik futbolçu kimdi?
– İndiki vaxtda Ruslan Abışov bu kateqoriyaya aiddi. Futbolçu olduğu vaxtlarda Qurban Qurbanov çox fotogenik idi. Qurbanova həqiqətən də böyük hörmətim var. Onu çox istəyirəm.
– Bəs, şəkildə eybəcər düşən futbolçu kimdi? Hansı ki, onun fotoda yaxşı düşməsini istəmiz, amma bu, heç cür alınmayıb…
– Kamran Ağayev. Çünki topa tullananda ağzını, burnunu elə vəziyyətə salır ki (gülür).
– 25-30 il əvvəl pambıq sahəsi, üzüm plantasiyalarını, indi isə yaşıl meydanları çəkirsiz. Hansı sizin üçün daha cəlbedicidi? Belə deyək, o vaxtın hərəkətsiz pambıq kolunu çəkmək daha yaxşı idi, yoxsa indi hərəkətdə olan futbolçuları?
– 25 il əvvəl olan. O vaxt fərqlilik daha çox idi. İnsanlar zəhmətlə çalışırdı. Misal üçün, “Qəbələ”də çıxış edən Viktor Mendidənsə, pambıq kolunu çəkmək daha yaxşı idi.
– Qənbər dayı, sizdə elə bir şəkil varmı ki, onu ictimaiyyətə təqdim etsəz, böyük rezonans doğurar?
– Var, var… Amma futbolçu deyil. 2006-cı ildə Ukrayna ilə yoxlama matçında stadionda çəkmişəm (gülür). Mən AFFA-ya gələndə arxiv tapılmırdı. O kasetləri Hüsü Hacıyev küçəsindən, köhnə ünvandan o şkafın, bu şkafın tinindən yığmışam. Foto arxivi isə ümumiyyətlə yox idi. Bir dəfə İordaniyaya getmişdim. Onlar bir otağı yalnız arxiv üçün ayırmışdılar. Ancaq video arxivlər idi.
– İndi fotoqrafa qiymət verən varmı?
– İndi demək olar ki, yoxdu. Mən 1987-ci ildən peşəkar fotoqraf olaraq mətbuatdayam. 2001-ci ilə qədər ictimai-siyasi qəzetlərdə işləmişəm. O vaxtlar şəkillər plyonkalara əks olunurdu. Onun aşkarlanması isə əl işi idi. Sonradan onun kağıza köçürülməsi və s. Bütün bunlar əziyyət tələb edirdi. İndi hər şey asanlaşıb. Rəqamsal aparatların hamısı yüksək səviyyədədi. İş buna görə də asanlaşır. Amma fotoya elə də yüksək qiymət verilmir. Sovet dönəmində münasibət fərqli idi.
– Maraqlıdı, fotoqraf yaxşı “silah” əldə etmək üçün nə qədər pul xərcləməlidi?
– Ən azı 20 min dolların olması lazımdı ki, yaxşı bir avadanlıq əldə edəsən. Mənim “silah”ımı təşkilatımız alıb. Orta səviyyəli aparatdı. Keçən ilə Dubaya gedib obyektiv aldım. Demək olar ki, tam olmasa da, bu aparat məni qane edir.
– Yəqin ki, fotoaparata bu qədər pulun verilməsi çoxlarını təəccübləndirib. Heç sizə deyən olubmu ki, bu məbləği şəkilçəkənə verincə, gedib maşın alaram?
– Ümumiyyətlə, peşəkar aparatlar baha olur. Onu deyənlər qeyri-peşəkar adamlardı. Bu sənətlə məşğul olursansa, işini sevirsənsə, pulu əsirgəmək olmaz. Öz yaradıcılığını üzə çıxarmaq üçün pul verməyə dəyər.
– Elə fotoqraflar var ki, təkcə bir sahədə işləmir. Misal üçün toylara da gedirlər. Bu sahədən aldığınız məvacib sizi qane edirmi?
– Mən elə yerlərə getmirəm. Demək olar ki, bu sahədən aldığım məvacib məni qane edir.
– Çox adam şəkil çəkməyi asan hesab edir. Gənc nəslə hansı məsləhətləri verərdiz? İdman fotoqrafı olmaq nə deməkdi?
– İdman jurnalisti çox azdı. Fotoqrafı isə ondan da azdı. Yaxşıları barmaqla saymaq olar. Futbolla yaşamaq lazımdı ki, həmin kadrı tuta biləsən. Hər şeydən öncə yaradıcılıq lazımdı. Barmaqla beyin düz gəlməlidi ki, çəkəcəyin kadrı düşünə biləsən. Bu sahəyə gəlmək üçün öyrənməlidilər. “Avto” rejiminə qoymaqla elə bilirlər ki, işin öhdəsindən gələcəklər. Xeyr, heç də elə deyil. Mən heç vaxt ailədə heç kimi məcbur etməmişəm ki, mütləq bu işlə məşğul olmalısan. Seçimlərini öz üzərinə buraxmışam. Kim hansı sahədə uğurlu olacağını düşünürsə, orda da çalışmalıdı.
– Bəs, Qənbər dayı öz şəkilində necə düşmək istəyir?
– Təbii, olduğu kimi. Necə varamsa, elə də düşmək istəyirəm. Süniliyi heç vaxt xoşlamamışam.
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-04 23:05

“Neftçi”yə qarşı hamı istəkli oynayır” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-04 22:58

“Səhvlərimiz kifayət qədər çox idi” – Bojoviç

blank
Ölkə futbolu2024-05-04 22:43

“Qarabağ” Bəhlulla yeni müqavilə bağladı

blank
Premyer-liqa2024-05-04 22:10

“Qarabağ”dan “Neftçi”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2024-05-04 21:21

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-05-04 21:00

Rahil Məmmədovun komandası yenə uduzdu

blank
Premyer-liqa2024-05-04 19:52

“Kəpəz”lə “Sumqayıt”ın heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2024-05-04 19:10

Adil Şükürov: “Vəziyyəti bu həddə “Sumqayıt” tərəfi çatdırdı” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:59

Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:23

“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə

blank
Digər idman növləri2024-05-04 17:42

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

blank
Digər idman növləri2024-05-04 17:20

Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-04 17:01

Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-04 16:47

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

blank
Digər idman növləri2024-05-04 16:34

Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

blank
Ölkə futbolu2024-05-04 16:18

Yunanov bu gün mükafat alacaq

blank
Digər idman növləri2024-05-04 16:00

Bakıdakı Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

blank
Milli komanda2024-05-04 15:39

Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Ölkə futbolu2024-05-04 14:46

“Kəpəz”də 4 itki

blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Dünya futbolu2024-05-04 12:36

Renat Dadaşovun komandasında yeni baş məşqçi

blank
Milli komanda2024-05-04 11:57

Millimiz İnkişaf Turnirində ikinci oyununu keçirəcək

blank
Ölkə futbolu2024-05-04 10:48

Ozan Can cəzalandı, komandası uduzdu

blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm