I Liqa
“Zirə”nin loqosu dəyişəcək
Premyer Liqaya hazırlaşan “Zirə”də bir sıra dəyişik…
Premyer Liqaya hazırlaşan “Zirə”də bir sıra dəyişikliklər olacaq. Futbolinfo.az xəbər verir ki, debütantın rəhbərliyi qısa müddət ərzində peşəkar klub formalaşdırmaq niyyətindədi.
Komandanı dəbdəbəli avtobusla təmin edən klub rəhbərliyi indi də “Zirə”nin loqosunu dəyişmək fikrindədi. Əldə etdiyimiz məlumata görə, bu proses qısa müddət ərzində reallaşacaq.
Bundan başqa, yaxın günlərdə 1-ci divizion təmsilçisinin rəsmi saytının da fəaliyyətə başlayacağı gözlənilir.