Ölkə futbolu
Baş katib klub nümayəndələrini AFFA-ya topladı
Bu gün AFFA-nın inzibati binasında toplantı olub. Futbolinfo.a…
Bu gün AFFA-nın inzibati binasında toplantı olub. Futbolinfo.az xəbər verir ki, yığıncaqda növbəti mövsüm UEFA-nın yarışlarında və Topaz Premyer Liqasında çıxış etmək üçün lisenziya almaq məqsədilə müraciət etmiş klubların nümayəndələri ilə görüş keçirilib.
Klubların rəhbər şəxslərinin və maliyyə üzrə mütəxəssislərinin iştirak etdiyi görüşdə baş katib Elxan Məmmədov çıxış edib, lisenziyalaşdırma prosesi, o cümlədən maliyyə Fair- Play-i ilə bağlı məsələlər ətraflı müzakirə olunub, klublara müvafiq tövsiyələr verilib.
Əldə etdiyimiz məlumata görə, əsas müzakirə mövzusundan biri də futbolçu ilə klub arasında bağlanılan müqavilələrin düzgün göstəriləsi, yəni oyunçuların alacağı məbləğin həmin sənəddə dəqiq qeyd edilməsi olub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir