Premyer-liqa
Azarkeşlərdən "Neftçi" rəhbərliyinə ismarıc: "Loqonu dəyişən …"
Bu gün Topaz Premyer Liqasında 30-cu turun oyunları keçi…
Bu gün Topaz Premyer Liqasında 30-cu turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Neftçi" öz meydanında "Qəbələ"ni qəbul edir.
Hazırda "Bakcell Arena"da keçirilən qarşılaşmanın ikinci hissəsində meydan sahiblərinin fanatları komandanın loqosunun dəyişdirilməsi ilə bağlı məsələyə etirazlarını bildiriblər. "Forza Neftçi" fan-klubunun üzvləri "loqonu dəyişən "Xəzər"li ("Xəzər Lənkəran") olsun şüarını səsləndiriblər.
Qeyd edək ki, "Neftçi"nin yeni rəhbərliyi klubun loqosunu dəyişmək qərarı alıb.