Premyer-liqa
Əsədov: "Bütün diqqətimizi kuboka yönəltmişik"
Bu gün Topaz Premyer Liqasında 30-cu turun oyunları keçi…
Bu gün Topaz Premyer Liqasında 30-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" səfərdə "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib.
"Bakcell Arena"dakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Arif Əsədov məğlubiyyəti belə şərh edib:
“Biz ağır oyuna çıxmışdıq. Kubokdan əlini üzən “Qəbələ” bütün fikrini çempionata yönəldib. Biz isə həm çempionatda, həm də kubokda mübarizə aparırıq. Görünür ki, sıx qrafik oyunçularda yorğunluğa səbəb olub. Zədəli oyunçuların olması da oyunumuza təsir etdi. Hazırda bütün diqqətimizi kuboka yönəltmişik və bu matça hazırlaşmalıyıq. Komandam ikinci hissəyə yaxşı başladı. Lakin rəqibin vurduğu ikinci qol çox şeyi həll etdi. Hakimlikdən danışmaq istəmirəm. Səhv etmirəmsə, ikinci qolda Cavid Hüseynov əl ilə oynamışdı. Eyni zamanda, oyunçular ədalətli oyun prinsipinə də əməl edə bilərdilər. Necə ki, biz bəzi epizodlarda bunu etdik”.
(pfl.az)