Ölkə futbolu
Futbolçumuz "fərqləndi", komandası uduzdu
Almaniya 2-ci Bundesliqasında 29-cu turun oyunları keçirilib….
Almaniya 2-ci Bundesliqasında 29-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Toğrul Eratın şərəfini qoruduğu Dusseldorf "Fortuna"sı da növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə "İnqolştadt"la üz-üzə gəlib. Görüş ev sahibi komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan yarımmüdafiəçimiz isə 45-ci dəqiqədə sarı vərəqə alaraq cəzalandırılsa da, qarşılaşmanı əvəzedilmədən keçirib.
Qeyd edək ki, "Fortuna" 40 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir