Premyer-liqa
Bəhram Bağırzadəni tribunaya göndərdilər
Təxminən yarım ay bundan əvvəl “Neftçi”də str…
Təxminən yarım ay bundan əvvəl “Neftçi”də struktur dəyişikliyi baş verdi. Müşahidə şurası yaradıldı və bu şuraya üzvlər seçildi ki, bunlardan biri də Bəhram Bağırzadədi.
Maraqlıdı, görəsən, Bəhram bəyin vəzifəsi nədən ibarətdi? Şoumen ilk açıqlamalarında fanatları stadionlara cəlb etmək istədiyini bildirmişdi. Yəqin ki, bir çoxlarına maraqlı idi – görəsən, Bəhram bəy buna necə nail olacaq?
Uzun illərdi ki, göstərdiyi şoularda kütləni tədbirlərə cəlb etməyi bacaran Bağırzadənin bu dəfə işinin çox çətin olacağı hiss olunur. Düzdü, o, fanatların tribunaya cəlb olunması üçün nəsə etməyə çalışır. Lakin bu cəhd çox uğursuz bir şəkildə edilir və hələ də səmərəsini vermir. “Qəbələ” ilə matçdan öncə “Bakcell Arena”nın qarşısında fanatlara pulsuz bilet paylayan Bəhram bəy qarşılaşma başlayanda tribunada, belə desək, amiqoluq da edirdi.
Oğlanlarının başına yığıb, heç bir iş görməyən, fanatları tribunalardan uzaq salan Sadıq Sadıqov və komandası ilə müqayisədə yeni rəhbərliyin daha fəal işləmək istəməsi hiss olunur. Ancaq onlar hələ çox çalışmalıdı.
Ancaq maraqlıdı, görəsən, Bəhram bəyi Müşahidə Şurasına üzv seçiləndə o, vəzifəsinin məhz bu olduğunu bilirdimi? Ümumiyyətlə, dünyanın hansısa bir klubunda Müşahidə Şurasının üzvü həm də tribunada amiqoluq edirmi? Klub idarəçiliyi baxımından Azərbaycanda yeniliyə imza atan flaqman, deyəsən, bu baxımdan dünyada da bir ilkə nail olmaq istəyir.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib