Müsahibə
Kardozo şoka düşdü: "Qəbələ"nin belə oynayacağını gözləmirdik"
Topaz Premyer Liqasının 30-cu turunda “Bakcell Arena&rdqu…
Topaz Premyer Liqasının 30-cu turunda “Bakcell Arena”da “Qəbələ”yə 3:1 hesabı ilə uduzan “Neftçi”nin braziliyalı müdafiəçisi Karlos Kardozo qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:
– Doğma arenada “Qəbələ”yə 1:3 hesabı ilə uduzdunuz. Oyunla bağlı fikirlərinizi bilmək istərdik…
– Düzü, “Qəbələ”nin bu cür yaxşı oynayacağını gözləmirdik. Mənim üçün sürpriz oldu. Bundan sonra da onlar yaxşı çıxış edəcəklər. Təəssüf ki, komandamız oyuna köklənə bilmədi. Bu da bizə çətinlik yaratdı. Qarşıda “İnter”lə çox vacib oyunumuz var.

– “Qəbələ” son 6 oyunda qalib gəlmişdi. Bunu nəzərə almamışdınız?
– Gözləyirdik ki, yaxşı oynayacaqlar, amma bu dərəcədə yox. Bəlkə də, Azərbaycana gələndən ən yaxşı matçlarını gördüm.

– İlk qolda qapıçınız Saşa Stamenkoviç səhvə yol verdi. Məğlubiyyətin səbəbi qapıçı dəyişikliyində idi yoxsa, necə?
– Bizim hər iki qapıçımız yaxşıdı, eyni səviyyədədilər. Biz bu oyuna köklənə bilməmişdik.

– Düşünmək olar ki, “Neftçi”nin çempionatda əsas məqsədi bürünc medal qazanmaqdı?
– İkinci yer uğrunda mübarizə aparırıq. Çempionluq şansımız az olsa da, sonacan mübarizə aparacağıq. “Qarabağ”ın oyunçularından soruşsanız, çempionsunuz, deyəcəklər ki, yox, hələ çempionat başa çatmayıb.

– “Qəbələ”nin ikinci qolundan sonra gərginlik yaşandı. Bunun səbəbi nə idi?
– İkinci qolda düşünürəm ki, qayda pozuntusu var idi. Mən demirəm ki, hakim idarəçiliyi pis idi. Əksinə yaxşı idi.

– Üçüncü qolda sizin səhviniz vardı…
– Bəli. qayda pozuntusu etmək istəmədim. Fikirləşdim ki, mən axırıncıyam. Çünki altı ay ərzində qırmızı vərəqə ala bilmərəm. Növbəti oyunlarda komandamı pis vəziyyətdə qoya bilmərəm. Qarşıda oyunlarımız var.

– İki tur öncə “Simurq”la oyundan sonra sizə 1 oyunluq cəzanın verilməsi digər klubların narazıçılığına səbəb olub. Bu haqda məlumatınız var?
– Həmin vaxt mən qəsdən vurmamışdım. Fikrimcə, İntizam Komitəsi düzgün qərar verib. Çünki orada aqressiv bir hərəkət yox idi.

- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Ölkə futbolu2024-04-29 14:17
II Liqada 23-cü turun təyinatları müəyyənləşdi