Ölkə futbolu
“Xəzər Lənkəran”, AFFA və PFL-in ortaq cinayəti
Gəncləşdirmə, pula qənaət, gələcək üçün yeni…
Gəncləşdirmə, pula qənaət, gələcək üçün yeni futbolçu nəsli yetişdirmək – bunlar hamısı yalan, hamısı cəfəngiyyat imiş. “Xəzər Lənkəran” rəhbərliyi, sadəcə, gözə kül üfürüb, baş qatırmış. Klubun iddiasından çəkilib, yerli gənclərə üstünlük verməsi də həmin uşaqları düşünməsinin yox, məcburiyyətin nəticəsi imiş.
Həmişə 40 gün çəkən gizlinin ömrü bu dəfə bir qədər uzun oldu, amma sonda hər şey aydınlaşdı. Çünki o zaman cənubluların siyasətini dəyişdirmələrinə göstərdikləri səbəb az inandırıcı idi, bilinirdi ki, bunun nəsə “əmma”sı var. Və bu “əmma”nı “Futbol+” qəzeti üzə çıxardı. Sən demə…
Veldin Muharemoviç 2011-çi ilin yayında “Xəzər Lənkəran”a transfer olunub. Amma “ağ-yaşıl” formada şəkil də çəkdirən futbolçu heç bir rəsmi oyunda forma geyməyib, ondan qeyri-peşəkarcasına imtina olunub. O isə bəlkə də, bir neçə belə futbolçudan fərqli olaraq hansısa məbləğ qarşısında səsini kəsməyib, FİFA-ya şikayət edib, onu aldadanları cəzalandırmağa nail olub.
Klubda bu futbolçu ilə müqaviləyə kimin imza atdığını bilmirik. Klubda elə bil qurbağa gölünə daş atılıb, hamı susur, sənədə dərkənar qoymaq səlahiyyətinin kimdə olduğunu dəqiqləşdirmək mümkün deyil. Amma faktdı ki, sanksiya veriləndə artıq hamı məsələdən xəbərdar olub. Deməli, bu transferdə günah sahibi daha yüksək səlahiyyətli biridi.
Maraqlıdı ki, “Xəzər Lənkəran” bir yana, bu məsələni AFFA, PFL də gizlədib. Çünki sanksiya qərarı açıqlanandan sonra bu barədə məktub klubla yanaşı, yerli assosiasiyaya da göndərilir. Deməli, adıçəkilən qurumlar da bu cinayətə şərikdi. Aldadılan isə ölkənin futbol ictimaiyyəti, lənkəranlı azarkeşlərdi.
AĞA
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”