I Liqa
Tahir Mustafayev nədən çəkinir?
Azərbaycan çempionatının 1-ci divizionun 24-cü turu &cc…
Azərbaycan çempionatının 1-ci divizionun 24-cü turu çərçivəsində baş tutan “Rəvan” – “Qaradağ” Lökbatan” matçında qalmaqal yaşandığını xəbər vermişdik. Belə ki, ev sahibinin oyunun 76-cı dəqiqəsində vurduğu qol qonaqların etirazına səbəb olub. Onlar Vüsal Qarayevin oyundankənar vəziyyətdən qol vurduğunu iddia edərək soyunub-geyinmə otağına gedib, yalnız 11 dəqiqə sonra geri qayıdıblar.
Halbuki, epizodun təkrarına baxanda qolun qaydalar çərçivəsində vurulduğunu görürük. “Qaradağ Lökbatan”ın etiraz edərək, meydandan çıxmasına isə klub prezidenti Tahir Mustafayev göstəriş verib.
Maraqlıdı, etiraz edərək komandanı meydandan çıxaran prezident 11 dəqiqə sonra fikrini niyə dəyişib? Məsələni öyrənmək üçün Mustafayevlə əlaqə saxladıq. Ancaq Tahir bəy telefonla danışmaq istəmədi. O, əməkdaşımıza çay süfrəsi ətrafında bu barədə danışa biləcəyini qeyd etdi. Görünür, məsələnin ciddiyyətini anlayan Musatafayev belə deməklə məsuliyyətdən qaçmaq istəyir.
Amma İntizam Komitəsinin “Qaradağ Lökbatan” prezidentini cəzasız qoymayacağı istisna deyil. Maraq üçün bildirək ki, hakim meydanı tərk edən komandanı 15 dəqiqəyə qədər gözləməlidi. "Qaradağ Lökbatan" komandası da 15 dəqiqədən tez qayıtdığı üçün onlara texniki məğlubiyyət veriləcəyi gözlənilimir. Amma istənilən halda meydanı yarımçıq tərk edən "Qaradağ Lökbatan" cəzalandırılacaq.
Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir