Ölkə futbolu
AFFA yenə texniki məğlubiyyətləri sıraladı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağı liqalarda baş tutan oyunlarla bağı cəzalar açıqlanıb.
Ötən tutlarda olduğu kimi, komitə yenə texniki məğlubiyyət verib. Belə ki, U-16 Liqasının “Qəbələ” – “MKT Araz” (16 aprel) matçında qonaq komanda iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-16 Liqasının “Rəvan” FK klubu AFFA ya ünvanladığı məktubla yarışlarda çıxışını dayandırdıqlarını bildirmişlər. Göndərilən məktubu nəzərə alaraq, İntizam Komitəsinin qərarı ilə “Rəvan” FK klubu U-16 liqasında keçirilən yarışlardan kənarlaşdırılıb. Klub oyunların 50 faizdən çoxunu keçirtdiyinə görə növbəti oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasının “Vətən” – “İnter” matçında (15 aprel) qonaq komanda iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasının “Şərur” – “Şahbuz” matçında (08 aprel) meydan sahiblərinin heyətində qeydiyatda olmuyan futbolçu meydana daxil olduğuna görə 0:3 hesablı texniki məğlubiyyət verilib.
(affa.az)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?