Dünya futbolu
“Real” 4 əsas futbolçusundan məhrum oldu
Çempionlar Liqasında 1/4 finalın cavab oyunları çər&…
Çempionlar Liqasında 1/4 finalın cavab oyunları çərçivəsində bu axşam keçiriləcək “Real” – “Atletiko” matçı ev sahibi komanda üçün çətin keçə bilər. Futbolinfo.az xəbər verir ki, “kral klubu” oyuna ciddi itkilərlə çıxacaq.
İspaniya La Liqasının son turunda "Malaqa" ilə görüşdə zədələnən Luka Modriçin 6 həftə, Qaret Beylin isə 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Dünən zədəlilərin sırasına daha bir aparıcı futbolçu da qoşulub. Sağ dizindəki ağrılardan şikayətlənən Kərim Benzema ötən gün tibbi müayinədən uğurla keçə bilməyib.
Bundan əlavə, ötən matç cəzalı vəziyyətə düşən Marselo da oynamayacaq. Baş məşqçi Karlo Ancelottinin zədəli oyunçuların yoxluğunda Asyer İlyarramendi, İsko, Xavyer Hernandes və Fabio Koentraoya şans verməyi düşünür. Əvəzində qarşı tərəfdə isə üzlər gülür. “Atletiko”nun rəsmi saytının verdiyi xəbərə görə, Mario Mandjukiç komanda ilə birgə məşq edib. Xorvat futbolçu "Deportivo" ilə oynanılan görüşdə meydana çıxmamışdı.
Qeyd edək ki, "Real" – "Atletiko" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.