Premyer-liqa
Aqil Məmmədov onları bağışladı
Topaz Premyer Liqasının 31-ci turunda “Simurq”u qəbul e…
Topaz Premyer Liqasının 31-ci turunda “Simurq”u qəbul edəcək “Sumqayıt” aprelin 25-də baş tutacaq qarşılaşmanın hazırlıqlarına start verib. Futbolinfo.az xəbər verir ki, “kimyaçılar” kapitanı Ruslan Poladov iki gündü ki, komandadan ayrı düşüb.
Buna təcrübəli futbolçunun ötən tur AZAL-la oyunda aldığı zədə səbəb olub. Ayağında şiş olan Poladov fərdi qaydada məşq edir. Onun ayağı sabah rentgen olunacaq. Bundan başqa baş məşqçi Aqil Məmmədov tərəfindən əvəzedici komandaya göndərilən Andrey Popoviç və Orxan Əliyev bağışlanılıb. Sözügedən futbolçuların hər ikisi artıq əsas komandaya geri qaytarılıb.
Qeyd edək ki, Popoviç intizamsızlığına görə, Əliyev isə lazımı formada olmadığı üçün əvəzedici heyətə göndərilmişdi.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi