Ölkə kuboku
Qurbanov: "Bir zaqatalalı olaraq…"
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oy…
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" səfərdə "Simurq"la 0:0 bərabərə qalaraq, finala vəsiqə qazanıb.
Zaqataladakı qarşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Qurban Qurbanov oyunu belə şərh edib:
“Tam olaraq, nəticə üçün oynadıq. Ağır bir səfərə çıxmışdıq. Futbolçularda psixoloji, fiziki yorğunluq vardı. Futbolçuları təbrik edirəm ki, xarakter göstərdilər. Azarkeşlərimizi təbrik etmək istəyirəm. “Simurq” barədə isə ancaq xoş sözlər söyləyə bilərəm. Bir zaqatalalı olaraq, baş məşqçi George Çixradzeyə “sağ ol” deməliyəm. Qismət belədi. Biz yolumuza davam edirik. Oyunçularım qarşıdakı matçlarda da xarakter nümayiş etdirməlidirlər. Hiss elədiniz ki, “Simurq”la oyunun son dəqiqələrində sürət zəiflədi. Ola bilsin ki, “Neftçi” ilə çempionat oyununda da belə olsun. Çünki yorğunluq var”.
Qeyde edək ki, "Qarabağ" ilk oyunda 1:0 hesabı ilə qələbə qazanmışdı.
(pfl.az)
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası