Ölkə futbolu
Azərbaycan futbol tarixində bu gün: İlk milli çempionat
3 may günü Azərbaycan futbol tarixində özünəmə…
3 may günü Azərbaycan futbol tarixində özünəməxsus yer tutur. Futbolinfo.az xəbər verir ki, 23 il öncə məhz 1992-ci ilin bu günü ilk Azərbaycan çempionatı start götürüb.
İndi 10 komandanı yığıb, fərli-başlı çempionat təşkil edə bilməyənlərdən fərqli olaraq, o zaman turnirdə 26 komanda yarışırdı. Azərbaycanın 23 şəhər, rayon və qəsəbəsini təmsil edən bu komandalar ilkin mərhələdə hər biri 13 iştirakçıdan olmaqla 2 qrupa bölünmüşdü. “Qarabağ” 2:1 “İnşaatçı” (Sabirabad) matçında hesabı açan Mehman Alışanov ölkə çempionatları tarixində ilk qolun müəllifi kimi adını həkk etdirdi.
Bundan əlavə, ilk və son dəfə ölkə çempionatında bu qədər komanda mübarizə apardı.
A qrupu
Qeyd: “Gənlcik” komandası çempionatı yarımçıq tərk etdiyinə görə nəticələri ləğv olunub.
B qrupu
2-ci mərhələdə isə qruplarda ilk 6 yeri tutanlar çempionluq uğrunda, qalanları isə növbəti mövsüm də yüksək dəstədə çıxış etmək üçün vuruşdular. Liqada qalmaq üçün isə ən azı 18-ci pillədə qərarlaşmaq lazım idi.
Çempionluq uğrunda:
Yüksək dəstədə qalmaq uğrunda:
Qeyd: Bu mərhələdən etibarən Kürdəmirin “Şirvan” komandası da çempionatı yarımçıq tərk edib.
Bombardirlər: Nazim Əliyev (“Xəzər” Sumqayıt) 39 qol; Samir Ələkbərov (“Neftçi”) 36 qol; Mehman Allahverdiyev (Kəpəz) 30 qol.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?