I Liqa
"Zirəyə" 100, "Bakılı"ya 20 manat
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan çempionatının 1-ci divizionunun 27-ci tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Turan Tovuz” – “Zirə” matçında qonaq komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Neftçala” – “Şuşa Qarabağ” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 100 manat cərimə okəsilib. Həmin oyunun 83-cü dəqiqəsində “Şuşa Qarabağ”ın futbolçusu Qafar Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 20 manat cərimə olunub.
“Kəpəz” – “Bakılı” matçının 75-ci dəqiqəsində qonaq komandanın futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klubu 20 manat cərimə olunub.
(pfl.az)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir