Bizi izləyin

Müsahibə

AFFA təslim oldu: Hamı oyun sata bilər

Azərbaycan çempionatının 1-ci divizionunun 23-cu turu &ccedi…

blank
Azərbaycan çempionatının 1-ci divizionunun 23-cu turu çərçivəsində baş tutan “Bakılı” – “Göyəzən” matçının qumara qoyulsa da, AFFA tərəfindən araşdırılma aparılsa da, fakt öz təsdiqini tapmadı. Çirkin oyunun sübuta yetirilməməsinin bir sıra səbəbləri var. Bu səbəblər haqqında saytımıza müsahibəsində AFFA-nın hüquqşunası Rəmiş Malıyev danışıb:
– Rəmiş bəy, “Bakılı” – “Göyəzən” matçı ilə bağlı assosiasiya tərəfindən araşdırılma aparıldığını demişdiz. Hazırda vəziyyət nə yerdədi? 
– Araşdırmanı artıq yekunlaşdırırıq. İlkin rəy odu ki, deyilən faktlar öz təsdiqini tapmır. 
– Ümumiyyətlə, araşdırılma prosesinə haradan başlanıldı?
– Bunu açıqlamırıq. Kimlə necə danışdığımızı, araşdırmaya haradan başladığımızı deyə bilmərəm. Onu deyə bilərəm ki, məsələ sübuta yetirilmədi. 
– Belə məsələlərdə hüquq mühafizə orqanlarına da müraciət olunur. Siz necə, belə bir addım atdınızmı? 
– Siz haradan götürürsüz ki, hüquq mühafizə orqanlarına müraciət olunur? Bizim qanunvericiliyə görə bu, cinayət əməli deyil. Çünki cinayət məcəlləsində belə bir predmet yoxdu. 
– Nəzərə alaq ki, oyun alqı-satqısı özü bir cinayətdi! Belə məsələlərdə ən azından telefon danışıqları dinlənilir. Bunun əsasında da hardasa cinayət öz təsdiqini tapır. 
– Hələ ki, bu, bizim cinayət qanunvericiliyimizdə nəzərdə tutulmayıb. Olmayan cinayəti mən necə deyə bilərəm? Bəli, oyun alqı-satqısının cinayət əməli olması ilə razıyam. Biz artıq bununla bağlı qanun layihə də hazırlamışıq ki, müəyyən dəyişikliklər olsun. Bu, baş verəndən sonra bizim işimiz də asanlaşacaq. Çünki biz hüquq mühafizə orqanlarına məlumatı ötürdükdən sonra onlar bu məsələ ilə məşğul olacaq. Çünki əməliyyat fəaliyyəti onlarda daha yaxşı təşkil olunub. Biz isə bunu öz imkanlarımız çərçivəsində edirik. Bir daha xatırladım ki, oyun alqı-satqısı bizim cinayət qanunvericiliyində öz əksini tapmayıb. Bəli, Türkiyədə, Avropa ölkələrində bu, cinayətdi. 
– Belə çıxır ki, bu məsələnin qanunvericilikdə öz əksini tapmaması kimlərinsə çirkin əməlini sübuta yetirməyə mane olub? 
– Biz öz səviyyəmizdə araşdırma aparırıq. Biz dövlət orqanlarına da müraciət etsək, cavab olaraq “bu, bizim üçün predmet deyil” deyəcəklər. 
– Bəs, çıxış yolu nədədi?
– İmkanlarımız məhduddu. Tərəflər bunu boynuna almırsa, sübut yoxdusa, öz səviyyəmizdə heç nə edə bilmərik. Lap biz öz səviyyəmizdə hansısa məsələni sübuta yetirsək, AFFA-nın intizam qaydalarına əsasən qərar çıxara bilərik. Qanunvericilikdə məsələ öz əksini tapandan sonra isə bu işlə bizimlə paralel olaraq hüquq mühafizə orqanları da məşğul ola bilər. 
– Mövcud məsələ ilə bağlı layihə hazırlanacağını dediz. Bu, yaxın gələcəkdə baş verəcək, yoxsa uzun zamana ehtiyac var?
– Bu, qanunvericilik təşəbbüsüdü. Bunun üçün bütün dövlət orqanlarının razılığı lazımdı. Milli Məclis tərəfindən keçən, sonda isə ölkə rəhbərliyi tərəfindən imzalanan qanuni dəyişiklikdi. Uzun bir prosesdi. Artıq layihə variantı hazırdı. Dəyişikliyə mütləq cəhd edəcəyik. Adətədən bu təşəbüsslə idman təşkilatları çıxış edir. Biz də idman təşkilatı olaraq buna ehtiyac duyuruq. 
– Belə çıxır ki, qanunvericilikdə bu maddə öz əksini tapana qədər kim istəyir oyun alverində iştirak edə bilər. Onsuz da, heç kim oyun alqı-satqısında iştirak etdiyini boynuna almayacaq da. 
– Siz özünüzü bizim yerimizə qoyun. Bu, əməliyyat-axtarış, istintaq işidi. Başa düşürsüz? Telefona qulaq asmaq, kimisə dindirmək istintaq işidi. Biz öz səviyyəmizdə əməliyyat axtarış işi ilə məşğul ola bilmərik. Biz sadəcə, işi araşdıra bilərik. 
– Səmimiyyətinizə şübhəmiz yoxdu. Ancaq son olaraq, bir fikriniz mənim üçün çox maraqlıdı. Yəqin ki, həmin oyunun videoyazısına baxmısız. Sizin AFFA rəsmisi kimi yox, azarkeş kimi fikriniz öyrənmək istəyərdik. Həmin oyunun videoyazısına baxarkən şübhələndiyiniz məqamlar olub? 
– Bunu mən desəm, mətbuata da verəcəksiz. Azarkeş kimi dediyim AFFA rəsmisi kimi ortaya qoyulacaq. Ona görə də bu barədə fikir bildirmək istəmirəm. İstənilən halda burda insan amili var. İldə bir dəfə bu məsələlərlə bağlı UEFA tərəfində görüş keçirilir.Elə epizodlar var ki, UEFA tərəfindən şübhəli məqamlar kimi təqdim olunur. Burda əsas olan məsələ meydana qədərki prosesdi. Kiminsə kiməsə nəsə təklif etməsi, danışıq aparması və s. Əsas məsələ meydana qədərki prosesləri sübut etməkdi. 
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm