Bizi izləyin

Müsahibə

Seymur Əsədov: "Baş məşqçinin bu qərarı məni ruhdan saldı"

2014/15 mövsümünün yekunlaşmasına 1 tur qalıb. …

blank
2014/15 mövsümünün yekunlaşmasına 1 tur qalıb. Cari mövsümdə bəzi bacarıqlı gənc futbolçularımız üzə çıxdı ki, bizim də borcumuz onları tanıtmaqdı. Göstərdiyi çıxışı ilə diqqətləri üzərinə çəkənlərdən biri də AZAL-ın istedadlı oyunçusu Seymur Əsədovdu. Təbii ki, futbolumuzda perspektivli yeni simaları görəndə bundan xoşlanmamaq mümkün deyil. Hətta Seymuru "Azərbaycan futbolunun tapıntısı" adlandıranlar da var. Düzdü, gənc yaşlarında bir futbolçunun üzünə tərif demək heç də birmənalı qəbul olunmur. Özü də, söhbət Azərbaycandan gedirsə, deməli məsələ aydındı. "Bakı" və "Qəbələ"nin sabiq üzvü son vaxtlar çıxışı ilə "təyyarəçilər"in heyətində möhkəmlənə bilməz" deyənlərə artıq şübhə yeri qoymayıb.  
– Cari mövsüm AZAL çempionatı 6-cı, ən yaxşı halda 5-ci pillədə başa vuracaq. Başa çatan mövsümü komandanız üçün uğurlu saymaq olar?
– Bu, futboldu. Nə demək olar. Həm də ki, Azərbaycanda maliyyə problemləri də oldu. Bu klublarımıza da təsiriz ötüşmədi. Turnir cədvəlində orta sıralarda qərarlaşsaq da, inanın ki, meydana çıxan hər bir oyunçumuz canla-başla çalışır.  
– Maraqlıdı, Seymur Əsədov geridə qalan turlarda AZAL-ın qələbəsi və ya məğlubiyyətində nə dərəcədə payı var?
– Bilirsiz ki, futbol komanda oyunudu. Çıxışımı baş məşqçi Tərlan Əhmədov da görür. Komandaya uyğunlaşdırmaq üçün bütün futbolçuları, o cümlədən məni yoxlayır. Tempi tutduqda isə o cür də davam edir. Özümü fərqləndirmək istəmirəm. Uğur varsa, bu, komandanın birgə əməyidi. Çıxışımın uğurlu olub-olmamasını kənardan izləyənlər daha yaxşı söyləyə bilər. Özüm haqda nəsə deməyim düzgün olmaz.  
– AZAL-da əsas heyət futbolçusu sayılırsız? Bu uğurlu çıxış üçün kimə borclusuz?
– İlk növbədə, Mehman Babayevin adını çəkmək istəyirəm. Bir müddət əvvəl əvəzedicilərimizin baş məşqçisi idi. Mən də AZAL-ın əvəzedici komandasında top qovurdum. Mehman müəllimin mənə çox köməyi dəyib. Zədəli olduğum vaxtda belə üzərimdə çalışdı və məni əsas komandaya təklif etdi. Tərlan müəllim də sağ olsun ki, məni görüb, bəyəndi və əsasa cəlb etdi. Qışda AZAL-ın paytaxtda keçirdiyi təlim-məşq toplanışında özümü yaxşı tərəfdən göstərə bilmişdim. Əhmədov mənə çempionat oyunlarında şans verdi. Bu şansı yaxşı dəyərləndirdiyimi düşünürəm. Təbii ki, hazırda əsas heyət üzvünə çevrilməyində Tərlan Əhmədovun da böyük rolu var. Zəif çıxış etdiyim görüşlər də olub. Bu durumda mütəxəssis məni oynatmaya bilərdi. Amma Əhmədov məni ehtiyata atmadı və axıradək güvəndi.  
 
– "Qəbələ"də niyə möhkəmlənə bilmədiz? AZAL "Qəbələ"dən zəif idi, ona görə?
–  "Qəbələ"də də əsas komandada bir neçə qarşılaşmada meydana çıxmışdım. Hətta əsas heyətlə təlim-məşq toplanışına da getmişdik. Ramiz Məmmədov kluba baş məşqçi kimi gələndən sonra əvəzedicilərə göndərildim. Məmmədov məni tanımırdı. Düzü, bu qərardan sonra ruhdan düşdüm, məşqlərə biganə yanaşdım. İş o yerə çatdı ki, çox oyunlarda əvəzedicilərdə günümü əsasən ehtiyatda keçirirdim. İngilis mütəxəssis Daril Villard "Qəbələ"də çalışarkən məni əsas heyətə vermişdi. Daha sonra Daril klubdan ayrıldı və AZAL-a gəldi. Villard "Qəbələ"də əvəzedicilərdə oynadığımı görüb, məni "AZAL-da işin asan ola bilər" deyə çağırdı. Yəni dedi ki, AZAL-da əsas heyətə tez qalxa bilərsən, "Qəbələ"də çətindi. Hər bir futbolçunun bir dövranı var. Mən də AZAL-da qalxdım, burada inkişaf etdim. Futbolçunun bir səmti var ki, onu tutmaq lazımdı. 
– Bəs milli ilə bağlı nə düşünürsüz? Tez bir vaxtda əsas yığmamızdan dəvət gözləyirsiz?
– Əsas yığmadakı debütümü səbirsizliklə gözləyirəm. Canla-başla oynayaram. Arzularımdan biri də budu. Gərək, bunun üçün daima öz klubunda əsas heyətdə çıxış edəsən ki, yığmanın baş məşqçisi Robert Prosineçkinin də diqqətini çəkə biləsən. Gündən-günə artırmaq lazımdı. Yeri gəlmişkən, AZAL-la müqaviləm gələn ilin yayında başa çatır. Klubun da fikri var ki, mənimlə müqavilənin müddətini uzatsın. Özüm də burda qalıb, çıxışımı artırmaq istəyirəm. 
TAHİR MƏMMƏDOV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm