Dünya futbolu
Benites rəsmən getdi
“Napoli”nin baş məşqçisi Rafael Benites Neapolu …
“Napoli”nin baş məşqçisi Rafael Benites Neapolu tərk edir. Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İspaniyalı təcrübəli çalışdırıcı açıqlamasında bildirib: “Latsio” ilə oyundan sonra “Napoli”dən ayrılacam. Burada mənə çox yaxşı münasibət göstərdilər. Buna görə də getdiyim üçün çox təəssüflənirəm”.
Ailə məsələlərinə görə komandadan ayrıldığını bildirən Benites “Real”a keçəcəyilə bağlı məlumat verməyib. Həmçinin italiyalı həmkarlarımız bildirir ki, Benites Karlo Ançelottinin gedişindən sonra madridlilərin boş qalmış baş məşqçi vəzifəsinə sahib çıxmaq üçün “Napoli”dən ayrılıb.
Qeyd edək ki, 55 yaşlı mütəxəssis 2013-cü ildən İtaliya nəhəngini çalışdırır.