Ölkə futbolu
"Sektor 11" 5 yaşında!
Bu gün "Sektor 11" azad azarkeş qrupunun 5 yaşı tama…
Bu gün "Sektor 11" azad azarkeş qrupunun 5 yaşı tamam olur. Futbolinfo.az xəbər verir ki, adıçəkilən fan-klub məhz 5 il bundan öncə – iyunun 1-də yaradılıb.
Əsasən beynəlxalq görüşlərdə komandalarımızı dəstəkləyən qurumun rəhbəri Atanur Cəfərlini dinləyək: "Bu gün 5 yaşımız tamam olur. Fəaliyyət göstərdiyimiz müddət ərzində üzvlərimizlə bağlı rəsmi qeydiyyat aparmamışıq. Amma oyunlara təxminən 400-500 nəfərlə gedirik. Ümumiyyətlə, biz ad günlərimizi elə tribunada qeyd eedirik. Ona görə də bu gün ad günümüzlə bağlı tədbir təşkil etməmişik. 5 il bundan əvvəl – iyunun 1-də fan-klubu mən də daxil olmaqla, 5 nəfərlə yaratmışdıq. Hazırda həmin uşaqların bəziləri ölkə xaricində təhsil aldıqlarından aramızda yoxdular. Gələcək planlarımızda sıralarımızı daha da genişlərdirməyi nəzərdə tutmuşuq".
Bu arada Cəfərli əvvəlki kimi klublarımızın oyunlarına getmədiklərini də dedi: "Milli komandalarımızı dəstəkləməklə kifayətlənirik. Əvvəlki kimi klublarımızın görüşləri ilə bağlı tribunalara toplaşmırıq. Çünki əvvəl avrokuboklarda çıxış edən komandalarımızın azarkeş qrupları zəif təsir bağışlayırdılar. Ona görə də bir növ biz həmin komandalara dəstək olurduq. Amma indi hər klubun güclü azarkeş qrupları yaranıb".
TAHİR MƏMMƏDOV
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?