Ölkə futbolu
Elxan Məmmədov Bayılda
"Bakcell" şirkəti və Azərbaycan Futbol Federasiyaları A…
"Bakcell" şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə mayın 7-dən 24-dək Qax və Xaçmaz rayonlarında, habelə Gəncə, Sumqayıt və Bakı şəhərlərində “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimlər keçirilib. Futbolinfo.az xəbər verir ki, seleksiya prosesində fərqlənmiş 8-12 yaş arası 2 qapıçı olmaqla 34 uşaq iyunun 1-dən 5-dək Bayıl stadionunda “Mançester Yunayted” Yay Futbol Məktəbinin təlim-məşq toplanışında iştirak edəcək.
Məşqlər ingiltərəli mütəxəssislər Garvey Louis və Ollieuz Christopherin rəhbərliyi ilə keçiriləcək.
İyunun 2-də Bayıl stadionunda “Mançester Yunayted” Yay Futbol Məktəbi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov və "Bakcell" şirkətinin baş marketinq direktoru Maria Toychevanın iştirakı ilə brifinq keçiriləcək. Brifinq saat 11:00-da başlayacaq.
(affa.az)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?