Ölkə futbolu
"Neftçi" və "İnter"də bəllidi, "Qəbələ" hələ gözləyir
Bu il ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək komandala…
Bu il ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək komandalarmızın potensial rəqibləri artıq məlumdu. Futbolinfo.az xəbər verir ki, turnirə 1-ci təsnifat mərhləsindən başlayacaq təmsilçilərmizdən “Neftçi” və “İnter”in bütün rəqibləri bilinir.
Adıçəkilən komandalar ilkin təsnifat mərhələsində səpələnmişlər qrupunda yer alacaqlar və rəqibləri nisbətən zəif komandalar olacaq: “Ferentsvaroş” (Macarıstan), “Nomme Kalyu” və ” Flora” (hər ikisi Estoniya), “Suteska” (Makedoniya),” Skonto”, (Latviya), “Vikiqnur” (Farer adaları), “Renova” (Makedoniya), “Odd” (Norveç), “Kukesi” (Albaniya), “Şkendiya” (Makedoniya), “Kayrat” və “Ordabası” (hər ikisi Qazaxstan), MTK (Macarıstan), “Şirak”(Ermənistan), “Mladost” (Çernoqoriya), “Laçi” (Albaniya), “Ulisses” (Ermənistan), “Saxan” (Moldova), “Qlentoran” (Şim. İrlandiya), VPS (Finlandiya), “Dinamo Batumi”, “Spartak Çxinvali” (hər ikisi Gürcüstan), “Lusitanos” (Andorra), SJK, “Lahti” (hər ikisi Finlandiya), “Vikiqnur Reykraviv” (İslandiya), “Yelqava” (Latviya), “Olimpik” (Bosniya), “Runavik” (Farer adaları), “Qlenavon” (Şim. İrlandiya), “Sent Xuliya” (Andorra), “Kork Siti”, UCD (hər ikisi İrlandiya),”Kuroja” (Litva), “La Fiorita” (San Mario), “Brouqton” (Uels), “Partizani” (Albaniya), “Niederkorn” (Luksenburq), “Trakay” (Litva), “Spartak Yurmala” (Latviya), “Balzan” (Malta), “Bala Taun” (Uels), “Yuvenes” (San Marino), “Nyutaun” (Uels), Alaşkert (Ermənistan), “Kollec Avropa” (Cəbəllütariq).
Əgər təmsilçilərimiz mərhləni keçərlərsə, “ağ-qaralar” növbəti turda səpələnmişlər qrupunda yer alacaqlar və reytinq baxımından özlərindən zəif komanda ilə qarşılaşacaqlar. “Bankirlər”də isə vəziyyət fərqlidi. Belə ki, onlar da 2-ci təsnifat mərhələsində iştirak hüquq əldə etsələr, ilk turdan fərqli olaraq səpələnməməmişlər qrupunda yer alıb, nisbətən güclü rəqiblə qarşılaşacaqlar.
AL-da ölkəmizi təmsil edəcək “Qəbələ”nin isə əmsalı az olduğundan elə ilk mərhələdən özündən yüksək reytinq xalına malik komanda ilə üzləşmək məcburiyyətindədi. Təmsilçimizin bu mərhələdə potensial rəqibləri bunlardı: “Vest Hem” (İngiltərə), “Şerif (Moldova), “Rusenborq” (Norveç), “Elfsborq” (İsveç), “Hayduk” (Xorvatiya), “Apollon”, “Omoniya” (Kipr), “Slovan” (Slovakiya”), AİK (İsveç), “Jilina” (Slovakiya),”Aktobe” (Qazaxstan), “Qou Ehed İqlz” (Hollandiya), “Srvena Zvezda” (Serbiya), “Debresen” (Macarıstan), “Brondbü” (Danimraka), “Şaxtyor Soliqorsk” (Belarus), “Dinamo Tiflis” (Gürcüstan), “Voyvodina” (Serbiya), “Spartak Trnava” (Slovakiya), “Hafnarfyodor” (İslandiya), “Sent-Conson” (Şotlandiya), “Jelezniçar” (Bosniya), “Randers” (Danimarka), “Stromqodset” (Norveç), “Reykravik”(İslandiya), “Botoşani” (Rumıniya), “Lokomatov (Xorvatiya), “Şemrok Rovers” (İrlandiya), F-91 Düddelanj (Luksenburq), “Linfid”(Şim.İrlandiya), BSZ (Bolqarıstan), “Valetta” (Malta), “Differdanj 03” (Luksenburq), “Rabotniçki” (Makedoniya), “Torpedo-BelAZ" (Almaniya), Aberden (Şotlandiya), “Daçia” (Moldova), “Koper” (Sloveniya), “Sent Patrik” (İrlandiya), “Lokomativ” (Bolqarıstan), “Beytar” (İsrail), “Jrinski” (Bosniya), “Boltfelaq” (Farer adaları), “Budunçost” (Çernoqoriya), “Brikara” (Malta), “Domjale” (Sloveniya), “Vaduts” (Lixtenşteyn), “Çukariski” (Serbiya), “Çelye” (Sloveniya).
Onu da bildirək ki, Polşa çempionatı hələ yekunlaşmayıb. Şərqi Avropa ölkəsini bu mərhələdə təmsil edəcək hər iki komandanın əmsalı yüksək olacağı məlumdu. Polyaklar bu mərhələdə səpələnmişlər qrupunda yer alacaqlar. Ona görə də komandaları “Qəbələ”nin potensial rəqibləri sırasına aid etmək olar. Belə olan halda, “Çukariski” və “Çelye” səpələnməmişlər qrupunda yer alıb, “qırmızı-qaralar”ın yox, “Neftçi” və “İnter”in potensial rəqibi olacaq.
Qeyd edək ki, püşkatma mərasimi iyunun 22-də baş tutacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?