Ölkə futbolu
Moldavanlardan Azərbaycan klublarına peşəkarlıq dərsi
Moldova Futbol Federasiyasının İcraiyyə Komitəsinin (İK) üz…
Moldova Futbol Federasiyasının İcraiyyə Komitəsinin (İK) üzvü Vladimir Tsinkler yerli mətbuata müsahibə verib. Futbolinfo.az xəbər verir ki, "Tiraspol" klubunun dağılması ilə bağlı danışan İK üzvü apardığı paralellərdə Azərbaycana da toxunub:
"Klublar tək bizim ölkədə dağılmırlar. Rumıniya, Ukrayna, Rusiyada da bu cür hallar yaşanır. Hətta var-dövləti başından aşan Azərbaycanda, Avropanın digər ölkələrində belə klublar müflis olmaq astanasındadırlar".
Tsinklerin fəalliyətini dayandıran "Tiraspol"la bağlı dedikləri isə xüsusi diqqət tələb edir: "Klub rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Onlar əsl peşəkarlıq nümunəsi göstərdilər. Bütün borclarını bağladılar. Son turun qarşılaşmasına çıxdılar ki, Moldova çempionatının adına xələl gəlməsin. Bir daha "Tiraspol" rəhbərliyinə minnətdarlığımı bildirirəm".
P.S.: eh, cənab Tsinkler, bilsəydiniz ki, sizin təbirinizcə desək, "var-dövlət başından aşan Azərbaycan klubları" borclarını ödəməmək xatirinə hansı fırıldaqlara əl atırlar… "Turan"ı "Turan-T" etmək yalnız azərbaycanlıların ağlına gələ bilərdi…
Eh, cənab Tsinkler, bilsəydiniz ki, "var-dövləti başından aşan" bizim klublarda oynayan futbolçular 2 ayın maaşını almayanda oturaq aksiya keçirib, rəhbərliyi şantaj etməyə, son anda meydana çıxmamağa hazırdılar…
Eh, cənab Tsinkler, bilsəydiniz ki, "var-dövləti başından aşan" bizim klub rəhbərləri əlləri pul oğurluğundan üzülən kimi çempionatın nüfuzdan düşməsinə tüpürürlər və komandalarının səfər xərclərini belə ödəməkdən imtina edirlər…
Cənab Tsinkler, nə Siz, nə də "Tiraspol" rəhbərliyi belə şeyləri bilməzsiniz. Əsl "peşəkarlar" var-dövləti başından aşan Azərbaycan klublarıdı.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?