Əvəzedicilər
"Simurq"a texniki məğlubiyyət verildi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin son – 36-cı tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Neftçi” – AZAL matçının 55-ci dəqiqəsində qonaq komandanın futbolçusu Orxan Lalayev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində ev sahiblərinin futbolçusu Əziz Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubuna 200 manat cərimə kəsilib.
“Sumqayıt” – “İnter” matçında qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə ödəməli olacaq.
“Xəzər Lənkəran” – “Simurq” matçında qonaq komanda iştirak etmədiyinə görə onlara 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 2500 manat cərimə olunub.
(affa.az)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?