I Liqa
"Zirə"nin məşqçisi cəzalandırıldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan çempionatının 1-ci divizionunun 30-cu tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Zirə” – “Mil-Muğan” matçında hər iki komandanın 4 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub. Oyunun 18-ci dəqiqəsində ev sahibi komandanın məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubunu 100 manat cərimə ilə ziyana salıb. Həmin matçın 89-cu dəqiqəsində ev sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün də kluba cərimə kəsilib – 200 manat.
MOİK – “Şəmkir” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Neftçala” – “Qaradağ Lökbatan” matçının 77-ci dəqiqəsində qonaqların futbolçusu Ravil Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “Neftçala”nın futbolçusu Musa Rəhimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubunu isə 200 manat məbləğində ziyana salıb.
(affa.az)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?