Bizi izləyin

Ölkə futbolu

Blatterin qələbəsini Platini və Rusiya təmin etdi

Yozef Blatter ardıcıl 5-ci dəfə FİFA prezidenti kürsüs&…

blank
Yozef Blatter ardıcıl 5-ci dəfə FİFA prezidenti kürsüsünə sahib çıxdı. Bilərəkdən "seçildi" ifadəsini işlətmədim. Axı seçilmək üçün demokratik və şəffaf mühit lazımdı. İsveçrəlinin dönəmində isə bu anlayış yalnız kağız üzərində olub.
FİFA-nın az qala yarısını basırlar içəri, Blatter deyir ki, korrupsiya ilə mübarizə aparmaq lazımdı. Ay qardaş, məgər korrupsiyada ittiham olunanları işə "Alabala" götürmüşdü? Sənin evinin içində tonqal qalansın, tüstüsünü belə hiss etməyəsən? Mümkündürmü belə şey?..
FİFA prezidentinin qatı əleyhidarlarından biri Mişel Platini idi. O, aşkar şəkildə bəyan etmişdi ki, Blatterin namizədliyini dəstəkləməyəcək. Bəs həqiqətdə? UEFA prezidenti Bllatteri dəstəkləməyə bilərdi? Ay-hay! Milli komandalar səviyyəsində dünya çempionatlarının seçmə və final mərhələsi qarşılaşmalarını 79 yaşlı "ölməz Koşşey" yeyirsə, Avropa çempionatı və avrokubok qarşılaşmalarını "həzm-radə"dən keçirən fransalı işbazdı. İndi təsəvvür edin ki, Blatteri "kontor"una qarşı qaldırılan "ip topuğu" tədricən açılmağa başlayır. İsveçrəlini "dəmir barmaqlıqlar arxası"na saldıqdan sonra kimin fəaliyyəti diqqəti çəkəcək? Gəlin barmaqla göstərməyək. 1984-cü ilin Avropa çempionu Blatterdən "az aşın duzu" deyil. Platiniyə sərf edərmi ki, Blatter kreslosunu tərk etsin? Oturduğu ağacı kökündən kəsmək haqda ancaq axmaq adam düşünə bilər. Platini  isə əsla axmaq deyil. 
Pullar necə yeyilir? Bu sualın cavabı üzdədi. FİFA dünya çempionatlarını keçirmək üçün seçkiyəbənzər "zad"lar təşkil edir. 2018-ci ildə Rusiya, 2022-də isə Qətər. Ərəblər haqda dünyada formalaşan təsəvvür heç kimə sirr deyil. Şeyxlərin futbol sənayesinə gəlişindən sonra Avropanın ən bahalı klublarına sahib durması birmənalı qarşılanmayıb. Onlar altruistdilər? Əsla! Milyarderlər heç vaxt altruist olmurlar! Sadəcə, ərəblər pul qoxusu hiss edib, futbola sərmayə qoymağa başlayıblar. Ki, mövsüm ərzində totalizator vasitəsi ilə yatırdıqları pulların qarşılığında qazanc əldə etsinlər. Edirlər də. Cənab Platini də buna şaddı. Milyonlarla sadə insanların "Real", "Yuventus", "Çelsi" "Mançester Siti" kimi klubların adları it dəftərində olmayan komandalarla görüşlərə qələbə "stavka"sı verməsinin gəlməməsinin yeganə cavabı budu. Bir misal göstərim. 2009-cu ildə Madrid "Real"ı İspaniya Kubokunun 3-cü mərhələsində 3-cü divizion təmsilçisi "Alkorkon"a 4:0 hesabı ilə məğlub oldu. Madridli futbolsevərlər kütləvi aksiyalar keçirərək, oyunun totalizatora qoyulduğunu idia etdi. UEFA məsələyə müdaxilə etməli oldu. Platini, gözünə döndüyüm də, çıxıb bəyanat verdi ki: "Avropada klubların səviyyəsi bərabərləşməyə doğru gedir. "Zəif" və "güclü" məfhumu tədricən itməyə başlayır. Madrid klubunun məğlubiyyətində qeyri-adi heç nə yoxdu". Hər il yüzlərlə oyunda "oyunlar" oynanılır. Vay o günə ki, Platininin arxasında "oynayalar". O, bunu bağışlamaz. Ancaq "birgə layihələr"də məmnuniyyətlə iştirak edər. 
İndi təsəvvür edin ki, Blatterin "quyruğu qapı arasında" qaldığı bir vaxtda, fransalı onu darda qoydu. İsveçrəli həbs olunsa, nələrin üstünü açar?! 79 yaşlı birisinin azadlığa ancaq tabutda çıxacağını nəzərə alsaq, sözün həqiqi mənasında "cəhənnəmə gedən özünə yoldaş axtarar" məsəlini həyata keçirəcəyinə şübhə yeri qalmır. Yəni Blatter mütləq Platinini "baqaj"a qoyacaq. Bunu biz biliriksə, fransalı dünəndən bilir. Üzdə demək ayrı, "yediyi qazana" Platini heç vaxt "tüpürməyə" cürət etməz. Blatterin topladığı səslər də məhz Avropa ölkələrinin dəstəyi sayəsində baş tutub. 
Rusiya DÇ-2018-i qeyri-qanuni yolla ələ keçirib. Dünyada bu ölkənin nüfuzuna şübhə edən yoxdu. Ruslar nəinki özləri, təsiri altında olan onlarla ölkəni də Blatterə səs verməyə məcbur etmək iqtidarındadırlar. Etdilər də! Özü də tək yox, elə həmin Platini ilə əlbir olaraq. 2008-ci ildə "Zenit"in Avropa Liqasının yarımfinalında "Bavariya" ilə görüşləri alması barədə Britaniya mətbuatında silsilə yazılar dərc edildi, hətta telefon danışıqlarının audioyazısı yerləşdirildi. UEFA böyük ustalıqla məsələni ört-basdır etdi. Niyə? Çünki Mişel müəllimi "görmüşdülər". 
Yarpaqlar karbon qazını qəbul edib, təbiəti oksigenlə qidalandırırlar. Futbol məmurlarının işi də karbon yayanları aradan götürüb, təmiz hava, aydın səma qurmaqdan ibarət olmalıdı. Ancaq hər biri boğazınacan korrupsiya bataqlığındadı. Bax buna görə də Blatteri kreslosundan seçki yolu ilə atmaq qeyri-mümkündü. Çünki belədə, FİFA üzvü olan 209 ölkənin əksər futbol federasiyalarının rəhbərləri Blatterlə qonşu kameralarda yerləşdiriləcəklər. Kim özü özünə quyu qazar? Bir daha qeyd edək ki, bunu biz biliriksə, Platini dünəndən bilir. Üzdə Blatterlə düşmən olsa da, məhz Platini kimi fiqurun dəstəyi sayəsində Yozef babaya seçki yoluyla batmaq mümkün olmadı, kəfənlənənə qədər olmayacaq da.
AĞA
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm