Ölkə kuboku
"Neftçi" daha tez yola düşdü
Qəbələdə baş tutacaq ölkə kubokunun final matçı &uu…
Qəbələdə baş tutacaq ölkə kubokunun final matçı üçün "Neftçi" "Qarabağ"dan fərqli daha tez yola çıxıb. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar" bu gün saat 15:00-da paytaxtı tərk edib.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, komandanı daşıyan avtobus isə bu dəqiqələrdə yol üstədi. Yeri gəlmişkən, paytaxt təmsilçisi bu gün səhər klubun bazasında məşq edib. Belədə, yol yorğunluğu ilə əlaqədar futbolçulara Qəbələyə çatar-çatmaz axşam məşqi olmayacaq. Əvəzində sabah – iyunun 2-də Qəbələ şəhər stadionunda oyunöncəsi məşq nəzərdə tutulub. Həmin hazırlıq saat 21:00-da, yəni 1 gün sonra məlum matçın keçiriləcəyi eyni vaxta baş tutacaq.
Qeyd edək ki, bir az əvvəl "Qarabağ"ın rəqibindən fərqli olaraq sabah səhər saatlarında Bakını tərk edəcəyini xəbər vermişdik.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?