Ölkə futbolu
Nazarovun komandası pley-off-da büdrədi
Almaniya Bundesliqasına vəsiqə uğruda pley-off oyunu keçiri…
Almaniya Bundesliqasına vəsiqə uğruda pley-off oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” də bu mübarizədə iştirak edib.
Adıçəkilən komanda doğma azarkeşlər önündə “Hamburq”la üz-üzə gəlib. Bu komandalar arasında keçirilən ilk görüş 1:1 hesablı bərabərliklə bitmişdi. Cavab qarşılaşmasında da əsas vaxt 1:1-lik bərabərliklə sona çatdığına görə qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olunub. Artırılma dəqiqələrdə isə “Hamburq” qələbə qolunu vurub. Beləliklə də, oyunda 1:2 ümumilikdə isə 2:3 hesabı ilə məğlub olan “Karlsrue” Bundesiqaya çıxa bilməyib.
Qeyd edək ki, start heyətdə meydana çıxan Nazarov oyunu əvəzlənmədən keçirib və 120+1-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?