Ölkə kuboku
"Qızıl dubl", yoxsa rekord?
Sabah 23-cü Azərbaycan Kubokunun sahibi müəyyənləşəcə…
Sabah 23-cü Azərbaycan Kubokunun sahibi müəyyənləşəcək. Futbolinfo.az xəbər verir ki, Qəbələdə baş tutacaq həlledici qarşılaşmada son mövsümün çempionu qızıl dubl etməyə çalışacaq.
Qurban Qurbanovun yetirmələri üz-üzə gələcəyi "Neftçi"dən titulu almaq niyyətində olsa da, qeyri-sabit çıxışla yadda qalan bakılılar hələ həftələr öncədən gözlərini Qəbələdəki matça dikiblər.
Son 5 mövsümdə final üzünə həsrət qalan "Qarabağ" çətin ki, mövcud durumda "ağ-qaralar"a güzəştə getsin. Çempionatın son 7 turunda qələbə üzünə həsrət qalan Arif Əsədovun yetirmələrinin psixoloji durumu heç də ürəkaçan deyil. Ancaq bu da var ki, onsuz da, azarkeşlərinin hətta "bürünc" ümidini gözündə qoyan "Neftçi" günahını heç olmasa mahiyyətcə 2-ci trofeyi əldə etməklə yumaq üçün dəridən-qabıqdan çıxacaq. Həm də nəzərə almaq lazımdı ki, son 4 mövsümdə kifayət qədər uğurlar əldə edən paytaxt təmsilçisinin bir çox futbolçusu üçün bu görüş "ağ-qara" formada sonuncu olacaq. Qapını möhkəm çırpmaq, ayaq üstə dayanan azarkeşlərdən sonuncu dəfə alqış almaq – pozitiv notlarla ayrılmaq üçün əlavə stimuldu.
"Qarabağ" isə 6 illik kubok həsrətinə son qoymağa çalışacaq. Qurban Qurbanovun yetirmələri buna nail olsalar, "Neftçi"nin ardıcıl 3 il bu trofeyə yiyələnən ilk komanda olmaq arzusunu gözündə qoyacaq.
İndiyədək tərəflər finalda cəmi 1 dəfə üz-üzə gəliblər ki, onda da sevinən tərəf paytaxt klubu olub. 1995-1996 mövsümündə baş tutan finalda "Qarabağ" 0:3 hesabı ilə məğlub olub. Ancaq kubok qarşılaşmalarında ümumi balans Ağdam təmsilçisinin xeyrinədi: 7 dəfə qalib gələn son iki mövsümün ölkə çempionu, 5 dəfə məyus olub və bir o qədər də görüşdə rəqibi ilə "sülh" bağlayıb.
Sonda onu da qeyd edək ki, tarixdə ilk dəfə olaraq, ölkə kubokunun qalibi Qəbələdə müəyyənləşəcək. İndiyədək final həyəcanını yalnız Bakıda və Sumqayıtda izləmək mümkün olub.
Azərbaycan Kuboku
Final
Final
20.00 "Qarabağ" – "Neftçi"
Qəbələ Şəhər stadionu
Qəbələ Şəhər stadionu
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?