Ölkə futbolu
İbrahimoviç danışdı: "Qolf oynamağa gəlmişəm"
Ötən gün Azərbaycana gələn İsveç millisinin və …
Ötən gün Azərbaycana gələn İsveç millisinin və PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç səfərin səbəbini Türkiyənin “Milliyet” qəzetinə açıqlayıb. Bununla yanaşı o, “Qalatasaray”a transfer olub-olmayacağına da aydınlıq gətirib:
“Geridə qalan mövsüm bizim üçün uğurlu oldu. Hələlik gələcək karyeramla bağlı hər hansı plan qurmamışam. “Qalatasaray”a tranfser olmayacam. İstanbula sadəcə, Bakıya getmək üçün gəlmişəm. Azərbaycana qolf oynamaq üçün gedirəm”.
Qeyd edək ki, İbrahimoviçin ölkəmizə Azərbaycan Beynəlxalq Ov Həvəskarları Klubun rəhbərləri Faiq Babanlı və Asif İlyasovun dəvəti ilə təşrif buyurub. Ulduz futbolçunun burada ova çıxacağı isə istisna deyil.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?