Dünya futbolu
UEFA prezidenti – FİFA-nın prezidenti
Yozef Blatterin FİFA prezidenti kürsüsünü nö…
Yozef Blatterin FİFA prezidenti kürsüsünü növbəti dəfə heç kimə güzəştə getməməsindən sonra onun əsl müdafiəçilərinin Mişel Platini və Rusiya olduğunu yazmışdıq. Bundan bir gün sonra Blatter fransalının ünvanına "ikiüzlü" deməsi, habelə uzun illərdi aralarındakı soyuqluq ilk baxışdan yazdıqlarımızla uzlaşmır.
Ancaq bu, sadəcə, gözdən pərdə asmaqdı. Əməli işlərə gəlincə…
İngiltərə Futbol Assosiasiyası UEFA prezidenti Mişel Platiniyə Rusiyada keçiriləcək DÇ-2018-i boykot etməyi təklif edib. Britaniyalılar həmin tarixdə Avropa və Cənubi Amerika ölkələrinin yığmalarının iştirakı ilə alternativ turnirin təşkilini təklif ediblər. Əlbəttə, Blatterə düşmən olan, futbolun təmiz meyarlara söykənərək, oynanılmasını istəyən şəxs bu təklifə ikiəlli razı olardı. Lakin Platini əsl simasını ortaya qoyaraq, ingilislərə bu işə qol qoymayağcağını bildirib.
Dəli deyil ki, DÇ-2018-in seçmə qrup mərhələsində o qədər oyun olacaq ki! Platini də bu oyunlarda bir "oyunlar" çıxaracaq ki, gəl görəsən!.. əlbəttə, Blatterlə şərikinə.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?