Ölkə futbolu
Baş katibdən İbrahimoviç açıqlaması: "Onu təzyiq altına qoymaq olmaz"
AFFA-nın baş katibi Elxan Məmmədov dünyaca məşhur futbol&cc…
AFFA-nın baş katibi Elxan Məmmədov dünyaca məşhur futbolçu Zlatan İbrahimoviçin Azərbaycana gəlməsi ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az saytının da qatıldığı birifinqdə danışan Məmmədov hazırda ölkəmizdə olan isveçli hücumçu ilə bağlı heç bir planlarının olmadığınə bildirib:
"Məsələ ondadı ki, bizə də dünən xəbər gəldi. Təbii ki, həmin andan etibarən çoxsaylı zənglər gəlməyə başladı. Bizim öncədən xəbərimiz olsaydı, təbii ki, bundan istifadə edib, hansısa tədbir və ya layihə təşkil edərdik. Onu da nəzərə alaq ki, Bakı şəhəri Avropanın idman mərkəzinə çevrilib. Artıq normal haldı ki, hansısa futbol ulduzu Azərbaycana gəlib. Kimsə dincəlməyə, kimsə öz dostlarını görməyə, kimsə iş üçün gəlir. Bu o demək deyil ki, biz elə hər gələn ilə hansısa layihə həyata keçirək. Ona görə də bunlara normal baxmağın vaxtı gəlib. Çünki bildiyiniz kimi, Bakı-2015 üçün Azərbaycana 6000-dən çox idmançı gələcək. Təbii ki, onlar arasında futbol ulduzları olacaq. İnanıram ki, növbəti illərdən etibarən daha çox ulduzlar Bakıya təşrif buyuracaq. Bildiyim qədər, Zlatan 2-3 günlük dincəlməyə gəlib. Ona görə də təzyiq altına qoymaq bir qədər düzgün olmaz".
Qeyd edək ki, Fransa PSJ-sinin üzvü ölkəmizə Azərbaycan Beynəlxalq Ov Həvəskarları Klubun rəhbərləri Faiq Babanlı və Asif İlyasovun dəvəti ilə gəlib. Ulduz futbolçunun burada ova çıxacağı isə istisna deyil.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?