Ölkə futbolu
Lippert məşqçilərə diplom verdi – FOTO
İyunun 1-dən etibarən Bakıda AFFA-nın təşkilatçıl…
İyunun 1-dən etibarən Bakıda AFFA-nın təşkilatçılığı ilə qadın məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursu keçirilib. Futbolinfo.az xəbər verir ki, qurumun akademiyasında təşkil olunmuş məşğələlərə 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales və UEFA-dan dəvət olunmuş təlimatçı Anya Paluşeviç rəhbərlik edib.
Kursun bu mərhələsinə bu gün yekun vurulub. İştirakçılara Bernhard Lippert, Sərxan Hacıyev, Anya Paluşeviç və Patriciya Gonzales tərəfindən müvafiq diplomlar təqdim olunub.
(affa.az)