Ölkə kuboku
Tahir Gözəl: "Qürur duyuram"
Ötən gün Azərbaycan kubokunda final mərhələsinin oyunu …
Ötən gün Azərbaycan kubokunda final mərhələsinin oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, həlledici görüşdə "Qarabağ" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edərək, kuboka sahib çıxıb.
Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl oyundan sonra bu sözləri deyib: “Oyundan öncə həyəcanlı idik. Hesabda 2:0 öndə olandan sonra bir qol buraxdıq. Bu bizim həyəcanımızı çoxaltdı. Fikrimcə, əla oyun oldu. Qurban Qurbanov başda olmaqla bütün komandamızı təbrik edirəm”.
O, qələbəni belə şərh edib: “Bu oyuna yaxşı hazırlaşmışdıq. 1993-cü ildə biz kubokunu Ağasəlim Mircavadovun rəhbərliyi ilə qazanmışıq. Eyni uğuru Qurban Qurbanovla – azərbaycanlı məşqçi ilə təkrarladıq. Bununla qürur duyuram. Motivasiyamız yüksək idi. Bundan sonra Çempionlar Liqasına hazırlaşacağıq. Komandadakı dəyişikliklərə isə Qurban Qurbanov cavabdehdi”.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub