Dünya futbolu
“Barselona” Vidalla 5 illik anlaşdı
“Barselona” növbəti mövsüm üç&…
“Barselona” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, katalonlar “Sevilya”nın universal yarımmüdafiəçisi Aleş Vidalla anlaşmaya nail olub.
İspaniya mətbuatının verdiyi məlumata görə, Vidalla 5 illik müqavilə imzalanıb. Mənbədən bildirilir ki, futbolçunun transferi “Barselona”ya 10 milyon avroya başa gəlib. Yarımmüdafiəçi FİFA-nın katalonlara qoyduğu transfer qadağasının müddəti başa çatandan sonra debüt edə biləcək. Belə ki, Vidal “Barselona”nın heyətində ən yaxşı halda 2016-cı ilin yanvarında çıxış edə biləcək. O vaxta kimi isə 25 yaşlı futbolçu komanda ilə birlikdə məşq edəcək.
Qeyd edək ki, Vidal 2014/2015 mövsümündə “Sevilya”da çıxış edib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”