Bizi izləyin

Müsahibə

Fikrət Hüseynov: "Buna görə çox məyus oluruq"

AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov klubun rəsmi saytına…

blank
AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov klubun rəsmi saytına müsahibə verib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:
– Mətbuatda komandanın dağılması ilə bağlı iddialar peyda olub. Bu cür xəbərlər nə dərəcədə həqiqətə uyğundu?
– Biz də mətbuatdan belə informasiyaları oxuyur və açığı, çox məyus oluruq. Çünki heç bir əsası olmadan, rəsmi mövqe öyrənmədən iddia edirlər ki, klub dağılır. Amma əslində isə komanda fəaliyyətini davam etdirir. Hazırda əsas məsələ heyətin komplektləşdirilməsi, gücləndirilməsidi. Məşqçilər də gündəlik fəaliyyətləri ilə bu məqsədə çatmaq üçün çalışır. Aktiv axtarış gedir. Demək olar, hər gün yeni mümkün keçidlər üzərində müzakirə aparırıq. Düzdü, bəzi futbolçularla razılıq əldə olunsa da, son anda onların keçidi baş tutmayıb. Amma bu o anlama gəlmir ki, biz statik vəziyyətdəyik, çəkilib, sakitcə bir kənarda dayanmışıq. Məşqçilər yorulmadan çalışır. Heyətin komplektləşdirilməsi ilə bağlı gündəlik müzakirələr gedir. Yaxın günlərdə rəsmi müqavilə bağlayacağımız futbolçular da olacaq. Bildiyiniz kimi, mövsümün sonunda 2 futbolçu ilə müqaviləni uzatdıq. Kərim Diniyev və Şəhriyar Rəhimovla yeni anlaşma əldə etdik. Bir çox futbolçuların klubla müqavilələri davam edir, onlarla yola davam edirik. Bir sözlə, klub haqda yayılan məlumatlar əsassızdı. Biz bu tip məlumatlara məhz heç bir əsası olmayan informasiya kimi yanaşırıq. Və media işçilərindən xahiş edirik ki, bundan sonrakı informasiyalarında klubun rəsmi şəxslərinə istinadən məlumat versinlər.
– Bir müddət öncə komandanın aparcı futbolçuları – Rəşad Abdullayevlə Kamal Bayramov klubdan ayrılıb. Bu transferləri də komandadakı maliyyənin qeyri-sabit olması ilə bağlayırlar.
– Əlbəttə, Rəşad bizim kapitanımız, aparıcı futbolçumuz idi. O, “Rəvan”dan ayrılıb futbolsuz qalanda AZAL onu komandaya dəvət etdi. İlyarım ərzində Rəşad Abdullayev bizdə özünü təcrübəli və peşəkar futbolçu kimi ən yaxşı tərəfdən göstərdi. Komandaya çox xeyri dəydi. Xüsusən son mövsümdə bəlkə də, karyerasının ən yaxşı mövsümlərindən birini keçirdi. Biz ondan tam razı idik. Müqavilə müddəti bitməmişdən öncə ona yeni saziş təklif etik. O da müəyyən şərtlər irəli sürmüşdü. Çempionatın sonunda onun başqa kluba keçməsi futbolçunun öz seçimidi. Biz bu seçimə hörmətlə yanaşırıq. İlyarım əvvəl bizi seçmişdisə, indi başqa klubu seçib.
Kamala gəlincə, “Araz Naxçıvan” fəaliyyətini dayandırandan sonra məşqçilərin istəyi ilə komandaya cəlb olunmuşdu. Onun müqaviləsi var idi. Amma özü getmək istədiyini dedi. Biz də heç bir əngəl yaratmadıq. Hər 2 futbolçuya böyük hörmətimiz var, hər ikisinə uğurlar arzu edirik. Amma AZAL onların yerini dolduracaq, onları layiqincə əvəzləyəcək, komandaya güc qatacaq yeni futbolçular cəlb etməklə boşluğu aradan qaldıracaq. Bu futbol həyatıdır. Futbolçuların başqa kluba keçməsi öz ixtiyarlarındadı. Biz də buna hörmətlə yanaşırıq. Daha maliyyə problemlərini qabardıb onların ayrılmasına başqa don geyindirmək lazım deyil.
– Yayılan söz-söhbətlərə görə, komandada maliyyə problemi var: futbolçuların maaşı verilməyib. Ona görə də çox şeyi maliyyə problemi ilə bağlayırlar.
– Bütün klublarda olduğu kimi, bizdə də müəyyən çətinkliklər oldu. Amma mövsümün sonunda futbolçulara maaşlarının müəyyən hissəsini verdik. Hazırlıq başlayandan sonra bununla bağlı digər məsələləri də həll etməyə çalışacağıq.
– Komandanın gələcək planları necədi? Nə kimi işlər görülür? Yay hazırlığı necə olacaq?
– Təbii ki, biz də  boş dayanmırıq. Məşqçilər transfer etmələrini istədikləri oyunçuların adını bizə verib, iş gedir. Yeni futbolçular olacaq. Həm yerli, həm də əcnəbi. İyunun 20-də məşqlərə başlayanada onların da düşərgəmizdə olmasına çalıçacağıq. Ölkə daxilində və ölkə xaricində toplanış keçmək planımız var. Onun icrası üzərində işlər gedir. Baxışa dəvət etmək istədiyimiz oyunçularla danışıqlar gedir. Onların siyahısı da məlumdu. Ad çəkmək istəmirəm. Amma yaxın zamanlarda bağlanılan müqavilələrlə boş dayanmadığımızı hamı görəcək. Sonda onu da deyim ki, AZAL klubu həmişə olduğu kimi ölkə çempionatında layiqincə mübarizə aparacaq, həmişə olduğu kimi futbolun inkişafı yolunda fəaliyyətini davam etdirəcək. Ümidvaram ki, qarşıda görəcəyimiz işlər son vaxtlar yayılan xəbərlərə layiqli cavab olacaq.
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-25 09:55

Premyer Liqanın 32-ci turu rəqəmlərin gözü ilə

blank
Ölkə futbolu2024-04-25 09:38

“Zirə” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-25 09:21

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu oldu

blank
Ölkə futbolu2024-04-25 09:04

11 illik “Qarabağ” tilsimi davam etdi

blank
Dünya futbolu2024-04-25 08:49

Ranqnik Bundesliqaya qayıdır

blank
Ölkə futbolu2024-04-25 08:34

“Yurqorden”in baş məşqçisi: “Musanın depressiyaya düşdüyü hiss olunur”

blank
Dünya futbolu2024-04-25 08:17

Xavi “Barselona”da qalmağa qərar verdi

blank
Ölkə futbolu2024-04-25 08:00

Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”

blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm