Dünya futbolu
"Barselona" ÇL-də qalib olması ingilislərə pul qazandırdı
İngiltərə nəhəngi “Arsenal” 2.9 milyon avro irəli d&…
İngiltərə nəhəngi “Arsenal” 2.9 milyon avro irəli düşüb. Futbolinfo.az xəbər verir ki, buna səbəb “Barselona”nın Çempionlar Liqasında qalib olmasıdı.
Belə ki, ötən mövsüm Tomas Vermalen “Arsenal”dan Kataloniya klubuna keçərkən onunla bağlanan müqavilədə belə bir bənd əlavə olunmuşdu ki, “Barselona” ÇL-in qalibi olarsa, “Arsenal”a 2.9 milyon avro ödəməlidi. Yayılan məlumatlarda artıq pirineylilərin bu pulu “topçular”ın hesabına köçürdüyü deyilir.
Maraqlıdı ki, mövsümün böyük hissəsini zədəli olan belçikalı müdafiəçi ötən mövsüm Çempionlar Liqasında “Barselona”nın heyətində meydana çıxa bilməyib. Ümumiyyətlə, ötən mövsümün əvvəlində "barsa"ya keçən futbolçu zədə səbəbindən son İspaniya çempionun heyətində bütün turnirlə nəzərə alınmaqla, cəmi 1 qarşılaşmada meydana çıxıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib