Müsahibə
Fərhad Vəliyev: Əsas heyətdəki yerimi heç kimə verməyəcəm
Çempionatda inamlı çıxış edən "Qarabağ" …
Çempionatda inamlı çıxış edən "Qarabağ" Topaz Premyer Liqasının 10-cu turundan sonra da liderliyini qoruya bildi. Futbolinfo.az xəbər verir ki, son oyunlarda öz inamlı çıxışı ilə Qurban Qurbanovun etimadını qazanmış Fərhad Vəliyev "Sumqayıt"la oyunda da qapısını 90 dəqiqə toxunulmaz saxladı.
Matçdan sonra saytımıza müsahibə verən Vəliyev bəzi maraqlı açıqlamalarla yadda qaldı:
– Yeni qapıçının – Şehiçin transferindən sonra komandada rəqabət artdı. Səncə, bu rəqabətdən kim qalıb çıxacaq?
– Hələ ki, Miro Varvodiçlə mən oyunlara çıxmaq şansı qazanırıq. Miro Avropa Liqasında daha çox meydana çıxdı. Mən isə yerli çempionatda. İbrahim isə hələ yeni gəlib. Əlbəttə, bu, rəqabəti daha da gücləndirib.
– Son oyunlar sənə daha çox etimad göstərilir…
– Mən əlimdən gələni edəcəm ki, öz yerimi heç kimə verməyim. Bu, futboldu, hər şey ola bilər.
– Özünə əsas rəqib kimi görürsən – Varvodiçi yoxsa Şehiçi?
– İlyarımdı Varvodiçlə oynayıram. Şehiç təzə gəlib. Hələ nəsə deyə bilmərəm. Yenə deyirəm, mən əlimdən gələni edəcəm ki, yaxşı çıxış edim. Öz yerimi qoruyum.
– "Sumqayıt"la oyun barədə fikirləriniz bilmək istərdik…
– Əsas rəqibimiz bizdən 1 gün öncə oynayıb qələbə qazanmışdı. “Neftçi” bizi üstələdiyi üçün bu oyunda üç xal qazanıb liderliyimizi qaytarmaq vacib idi. Düşünürəm ki, gözəl oyunla rahat qələbə qazandıq.
– Qarşıda “Xəzər Lənkəran”la çətin oyun var. Düzdü, onlar sizdən öncə Super Kubokda "Neftçi" ilə qarşılaşacaqlar. Necə düşünürsüz, onların yorğunluğundan istifadə edə biləcəksiz?
– Bəli, Naxçıvanda onların oyunu var. Ola bilsin yorğun olsunlar. Amma son oyunlarda görürəm ki, komanda yüksəlişdədi. Orada bizi çətin oyun gözləyir. Uğurlu nəticə qazanacağımıza inanıram.
KƏMALƏ İSMAYILOVA