Premyer-liqa
"Kəpəz"ə keçidi gündəmdə olan futbolçu klubundan FİFA-ya şikayət etdi
Ötən mövsümü Türkiyə PTT 1 – ci Liqa təmsi…
Ötən mövsümü Türkiyə PTT 1 – ci Liqa təmsilçisi "Manisaspor"da keçirən millimizin hücumçusu Branimir Subaşiçin "Kəpəz"ə keçəcəyi ilə bağlı iddialar yayılıb. Futbolinfo.az xəbər verir ki, serb əsilli futbolçunun Premyer Liqaya yenicə vəsiqə qazanan Gəncə klubu ilə anlaşdığı da deyilir.
Məsələ ilə bağlı Subaşiçlə əlaqə saxladıq: "Kəpəz"lə anlaşdığımla bağlı xəbərlər həqiqəti əks etdirmir. Çünki ortada belə bir şey yoxdu. Şahin Diniyevin "Kəpəz"ə baş məşqçi təyin olunması ilə bağlı eşitmişəm. Ona böyük hörmətim var. Diniyev həm yaxşı mütəxəssis, həm də yaxşı insandı. Lakin sizin bayaq soruşduğunuz anlaşma iddiaları ilə bağlı başqa heç nə deyə bilmərəm".
Təcrübəli forvard Manisə təmsilçisi ilə artıq yollarını ayırdığını da dedi: "Artıq "Manisaspor"la yollarımı ayırmışam. Lakin klub mənə olan borcunu hələ də ödəməyib. Ona görə də bu barədə FİFA-ya məktub ünvanlamışam".
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub