Bizi izləyin

Ölkə futbolu

Osloda xalı Qurban Qurbanovun sayəsində qazandıq!!!

İlk Avropa Oyunlarının Bakıdakı möhtəşəm açılış…

blank
İlk Avropa Oyunlarının Bakıdakı möhtəşəm açılış mərasimindən sonra Oslo bərabərliyi əla desert oldu. Bəlkə də bu nəticə həm də çoxlarının taleyini həll etdi. Axı, milli komandanın Norveçlə səfər matçındakı qolsuz heç-heçəsi Azərbaycanın idman ölkəsi imicinin məntiqi yekunu olmalıydı, əks halda kimlərinsə başı ağrıyacaqdı.
Gül gülü, bülbül bülbülü çağırdı, bayrama bayram qatıldı, əhval-ruhiyyəmiz yüksəkdə qaldı. Narazı qalmağa, məyus olmağa əsas yoxdu. Amma, amma, amma…
Qaliblər mühakimə olunmur. Robert Prosineçkinin başçılığı altında milli ikinci sınağında da qol buraxmadı, uduzmadı. Amma gəlin göylərdə uçmayaq – oyunu izləyənlər də təsdiqləyər ki, futbolçuların fədakarlığı ilə yanaşı, müəyyən epizodlarda bəxtimiz də gətirdi.
İstənilən halda, millimiz bu qrupun ən zəifi deyil, hətta möhkəm ortababı da ola bilər. Malta bir yana, Norveç və Bolqarıstan milliləri heç də güclü deyillər. Bunu dünənki Oslo matçı da sübut etdi. Məhz son nəticədən sonra evdə Bolqarıstandan xal ala bilməməyimiz adamı daha çox yandırır. Komandamız bir az daha mobil, cəsarətli oynasa, yenə 3-cü pilləyə ümid etmək olar. Qrupun favoritləri olan İtaliya və Xorvatiya ilə səfər oyunları arxada qalıb, evdə onlardan bir xal almağa ümid edə, digər rəqiblərlə isə başabaş oynaya bilərik.
Xüsusilə Oslodakı heç-heçəyə görə Prosineçki Qurban Qurbanova minnətdar olmalıdı. Axı, milli “Qarabağ” kimi oynayırdı. Əsas heyətin özəyini ağdamlıların təşkil etməsi üzündən xorvat çalışdırıcı Qurbanovun oyun fəlsəfəsindən maksimum yararlanırdı. Yalnız hücümda dişsizlik var idi ki, bu da “Qarabağ”ın həmin mövqedə əcnəbilərə üstünlük verməsi ilə bağlı idi.
Mövqelər üzrə diqqət yetirək:
Qapı – Kamran Ağayev İbrahim Şehiçi əvəz edirdi və məhz yerli oyunçu olması əsas üstünlüyü idi. Əgər Şehiç azərbaycanlı olsaydı və ya Prosineçki daha yaxşı əvəzləyici tapsaydı, çətin ki, Serbiya ilə matçdakı gülünc səhvləri ona bağışlayaydı.
Müdafiə – Arif Daşdəmirov “Qarabağ”da Ansi Aqollinin gördüyü işi görməyə çalışdı. Millimizin qapısı önündə əsas təhlükənin məhz buradan qurulan hücümlardan sonra yarandığını nəzərə alsaq, Prosineçkinin “İnter”in üzvünə məcburiyyətdən şans verdiyini deyə bilərik. Təəssüf ki, bu mövqe üçün də alternativ yoxdu. Müdafiənin mərkəzi və sağ cinahı isə Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedyev “üçlüy”ünün əlində idi. Onlar “Qarabağ”da Qurban Qurbanovun göstərişləri ilə gördükləri işi Osloda da təkrarladılar.
Yarımmüdafiə – Qara Qarayev baş rolda idi. Ona dayaq yarımmüdafiəçi mövqeyində Riçard Almeydanın deyil, Rahid Əmirquliyevin kömək etməsi də yuxarıda sadaladığım amillərlə bağlı idi. Reynaldo, Muarem Muarem və Leroy Corcun yoxluğunda onları Cavid Hüseynov, Əfran İsmayılov və Dmitri Nazarov əvəzləyirdi.
Hücum – Bu mövqedə də Qurban Qurbanovun əlinin altında səviyyəli yerli oyunçu yoxdu. Elə bu səbəbdən Prosineçki Rauf Əliyevin yoxluğunda məcburiyyətdən sevimlisi Ruslan Qurbanova şans vermişdi. Həmin futbolçuya ki, son dəfə rəsmi oyunda nə vaxt oynadığı özünün də yadına gəlmir. Prosineçki bu xəttdə də Qurban bəyi yamsıladı: Vüqar Nadirovu oyuna sonradan buraxmaqla.
Kimsə məni qınaya bilər, şəxsi fikri odur ki, milli komanda Norveçə Qurban Qurbanovun oyun fəlsəfəsi sayəsində, amma onu özününküləşdirən Prosineçkinin simasında uduzmadı. AFFA-nın baş katibi Elxan Məmmədov vaxtında Qurbanovun haqqı olan millinin baş məşqçi postunu öz maraqları naminə xorvata tapşırmasaydı, bəlkə də indi Norveç üzərində qazandığımız qələbədən danışırdıq. Çünki “Qarabağ”ın baş məşqçisi mütləq hücum planında daha yaxşı oynamağımız üçün nələrsə fikirləşəcəkdi.
Pavel Paşayevi milliləşdirib ehtiyatda oturtmaqdansa, Reynaldonu, Almeydanı millidə oynatmaq üçün yollar axtarmaq lazımdı. Heç kəs demir ki, bunun üçün qanunsuzluğa əl atılsın. Ancaq bütün yığmalarımızda meydan sulayan dağıstanlıları necə azərbaycanlı etmişiksə, yenə eyni üsuldan faydalanmaq olar. Eddi İsrafilov, Cihan Özkara, Əli Gökdəmir, Ufuk Budak kimi bizə heç bir dəxli olmayanları necə milliləşdirmişiksə, daha faydalı olacaq braziliyalılara da eləcə qapı açmalıyıq. Yox, bu, Qurbanovun millidən uzaq tutulması üçün məsləhət deyilsə, daha orasını Elxan Məmmədov bilər.
Yeri gəlmişkən, bugünlərdə çox ehtiyatlı olmalıyıq. Çünki milli hər dəfə uğurlu çıxış edəndə Elxan bəy hansısa planını həyata keçirir. “Neftçi”dəki çevriliş, klubların bir-bir ələ keçirilməsi məhz Maltanı məğlub etdikdən sonra reallaşmışdı. Düzdü, indi millinin uğurunda heç bir rolu olmayan “Neftçi” və “Sumqayıt”a toxunan olmayacaq – onlar zatən baş katibin əlindədi. Əvəzində Məmmədov yəqin ki, nəsə fikirləşir.
VÜSAL MAHMUDOV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm