Ölkə futbolu
“Neftçi”nin sabiq futbolçusu meydançada öldü
Malaziya çempionatında bədbəxt hadisə baş verib. Futbolinf…
Malaziya çempionatında bədbəxt hadisə baş verib. Futbolinfo.az xəbər verir ki, “T-Team” klubunda çıxış edən nigeriyalı müdafiəçi David Oniya “Keltan”la qarşılaşmada vəfat edib.
Belə ki, oyunun 3-cü dəqiqəsində huşunu itirən müdafiəçi dərhal xəstəxanaya aparılıb. Lakin 30 yaşlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Oniya 2004-2007-ci illərdə “Neftçi”də çıxış edib. O, "flaqman"da 74 oyunda meydana çıxaraq 2 qol da vurub.