Ölkə futbolu
Denis Silva "İnter"in hədəfində
Ötən mövsümün gümüş mükafat&ccedi…
Ötən mövsümün gümüş mükafatçısı Bakının “İnter” klubu Avropa Liqasına hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, əksər əcnəbi futbolçularını yola salan “bankirlər” buna baxmayaraq yeni legionerlərlə anlaşacaq.
Əldə etdiyimiz məlumata görə komanda heyətində görmək istədiyi əcnəbi futbolçular siyahsında Denis Silva da var. Belə ki, əgər razılıq əldə olunarsa, ötən mövsümün sonu “Neftçi” ilə vidalaşan brazilyalı müdafiəçi “göy-ağlar”ın şərəfini qoruyacaq. Bundan əlavə, “İnter”in sabiq futbolçusu Sezar Meza Kolli də yenidən komandaya qayıda bilər. Mövsüm sonunda danışıqlar uğurla yekunlaşsa, onunla yenidən müqavilə bağlanılacaq.
Qeyd edək ki, Silva 2008-10-cu illər aralığında “Xəzər Lənkəran”da, 2010-12 və 2013-15-ci illərdə isə “Neftçi”nin şərəfini qoruyub. Sezar Meza Kolli isə 2013-cü ildən ötən mövsümün sonunadək “İnter”in formasını geyinib.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi